PDF Oxu

Araşdırma

  • 1 255

KORRUPSIYAYA QARŞI MÜBARİZƏ UĞURLU NƏTİCƏLƏR VERİR

KORRUPSIYAYA QARŞI MÜBARİZƏ UĞURLU NƏTİCƏLƏR VERİR

Kamran Əliyev: "6 ay ərzində törədilmiş və ya törədiləcək cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdılmışdır"

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə öz səmərəsini verir. Beynəlxalq təşkilatlar tərəfindən aparılan sorğu da onu göstərir ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır. Əhalinin 70 %-i hesab edir ki, Azərbaycanda bu istiqamətdə cox ciddi və səmərəli mübarizə aparılır.

Hər bir dövlət məmuru korrupsiyaya qarşı ciddi mübarizə aparmalıdır. Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və katibi Vüsal Hüseynov görülmüş işlər barədə məlumat verərkən bildirilib ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətlərinin prioritet xətti kimi müəyyən edib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2013-cü ilin I yarısında, son 6 ay ərzində də uğurla davam edirilməkdədir. Bu müddət ərzində idarə tərəfindən vətəndaşların 1.522 müraciətinə baxılıb, 166 cinayət xarakterli material araşdırılıb və bu kimi cinayət xarakterli materialların 78% -i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlər görülüb.

Baş Prokuror yanında Korrupiyaya Qarşı Mübarizə İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə bu müddət ərzində 3.237 müraciət daxil olub. Müraciətlərin 14-ü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə isə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərib. Eyni zamanda, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətləri müsbət həll edərək, vətəndaşların pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə aşkar edilən qanun pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

2013-cü ilin 6 ayı ərzində törədilmiş və ya törədiləcək cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdılmışdır. Belə ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 16 nəfər cinayət başında yaxalanmış şəxslər barəsində iş və eyni zamanda korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə isə 4 cinayət işi artıq başlanılıb. Bu işlərdən isə 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyatı məhkəmələrə göndərilmişdir.

Statistik məlumatlara əsasən, daha dəqiq desək:

1. Rüşvətvermə işi üzrə 1 şəxs

2. Rüşvətalma işi üzrə 25 şəxs barəsində 9 iş

3. Vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə 12 şəxs barəsində 10 iş

4. Vəzivə səlahiyyətlərini aşma üzrə 1 şəxs barəsində 1 iş

5. Səhlənkarlıq üzrə 4 şəxs barəsində 3 iş

6. Mənimsəmə və israf etməyə əsasən 73 şəxs barəsində

7. Dələduzluq və digər faktlarla əlaqədar 39 iş aşkar edilib.

Qeyd edək ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 16 milyon 460 min manat vurulmuş ziyandan, istintaq müddətində 7 milyon 961 min manat və ya 48,4%-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Qeyd edək ki, gələn il, yəni 2014-2018-ci illəri əhatə edən yeni, üçüncü regional inkişaf proqramının qəbul ediləcəyi də bildirilir.

Ülkər

Digər xəbərlər