PDF Oxu

Araşdırma

  • 1 884

Azərbaycanda aparılan pensiya islahatlarının nəticələri: Müsbət və mənfi cəhətlər

Azərbaycanda aparılan pensiya islahatlarının nəticələri: Müsbət və mənfi cəhətlər

İslahat - artıq formalaşmış prinsiplərin kökündən dəyişməsidir ki, bu prinsiplərin əsaslı şəkildə dəyişməsinin nəticəsində daha mükəmməl, yeni proseslər baş verir

Öz məqalələrimin birində mən Azərbaycanda aparılan pensiya islahatından, islahatın keçirilməsi şəklindən artıq bəhs etmişdim. Bu gün sosial müdafiə sahəsindəki islahatlar özünün məntiqi sonuna yaxınlaşır. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının sosial müdafiə fondunda sistemli məlumat bazasının təkmilləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, vətəndaşlarla ünsiyyətin elektron formasının yaradılması, öz-özünə tədricən yox olan paylayıcı sistemin yeni - paylayıcı- yığım və daha sonra da könüllü sistemə keçməsi məqsədini daşıyan çox böyük işlər görülmüşdür.

Ölkədə islahatların yaranmasına nəyin səbəb olduğunu qısaca vurğulamaq lazımdır. İlk növbədə, ildən –ilə daha da inkişaf edən və çiçəklənən dövlətlə bir araya sığmayan artıq formalaşan, öz-özünə tədricən yox olan proseslərdən bəhs etmək lazımdır. İslahatların təməli Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nın təsdiq edilməsi ilə qoyulmuşdur ki, bu da artıq 2003-cü ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramının (BMTİP) birgə layihəsinin yaranmasına gətirib çıxarmış, daha sonra, 2005-ci ildə bu layihəyə Ümumdünya Bankı qoşulmuş və bununla da islahatların keçirilməsinin üçüncü iştirakçısı olmuşdur. İslahatların məqsədləri yuxarıda verilmişdir və qeyd etmək lazımdır ki, ümumiyyətlə, işlər olduqca səmərəli davam edirdi, məhz 2002-2012-ci illər ərzində aşağıdakı işlər həyata keçirilmişdi: DSMF-nun əsas binası və onun rayonlar və bölgələr üzrə inzibati şöbələri təmir edilmiş və yenidən qurulmuş, DSMF-nun texniki təchizatı yeni informasiya texnologiyalarından istifadə etməklə tamamilə yenilənmiş, fərdi uçot üzrə şöbə yaradılmış, fərdi uçotun sosial-sığorta şəhadətnamələri istismara buraxılmış, pensiyaların alınması üçün pensiya kartları verilmiş, fərdi məlumatların təqdim edilməsi üzrə elektron xidmət yaradılmışdır. Yeri gəlmişkən, sonuncu barədə Azərbaycan Respublikasının Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlərin göstərməsinin təşkili sahəsində bəzi tədbirlər " haqqında 23 may 2011-ci il tarixli Fərman vermişdir ki, bu da korrupsiyanın azaldılması və bütün dövlət qurumları və agentliklərinin şəffaf fəaliyyətinin meydana çıxarılmasına gətirib çıxaracaqdır. Qarşıya qoyulan əsas vəzifə - dövlət müəssisələrinin məmurlarının vətəndaşlarla görüşmək ehtimalını azaltmaqdır, çünki bu, ilk növbədə, korrupsiyanın artmasını təşviq edir. Bu, öz-özlüyündə sonradan ölkədə korrupsiya səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaqdır. Əslində isə islahatlar dövründə nəzərə çarpacaq dərəcədə böyük işlər görülmüşdür və bu iş müsbət qiymətləndirilə bilər. İndi islahatlar dövründə diqqətdən kənarda qalan müəyyən məsələlərə keçmək olar. Məsələn, DSMF paylayıcı- yığım sistemə tam şəkildə keçmişdirmi və könüllü sistemə keçmək istəyirmi? Bu iş sırf analitik xarakter daşıyır və mən yığım və könüllü pensiya sisteminin nə demək olduğu haqqında təfərrüata varmaq fikrində deyiləm. Bu barədə çox bəhs edilmişdir, ancaq ümumi şərh üçün bir sətirlə qeyd etmək istərdim ki, vətəndaşları öz gələcəklərini planlaşdırmağa təşviq etmək üçün xüsusi proqramlar yaratmaq lazımdır, çünki vətəndaşlar təqaüdə çıxarkən artıq müəyyən pensiya ödənişi ilə təmin ediləcəklərinə əmin olmalıdırlar. Bu cür təşkilat üçün, əlbəttə ki, beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi, eləcə də artıq dövlətin qanunverici və icra səviyyələrində islahatların yeni mərhələsinə keçidin nə qədər mümkün olduğunu bilmək lazımdır. Bütün bunlar hamısı bu gün gündəlikdə duran məsələlərdir, şübhəsiz ki, bu məsələdə tələsmək olmaz, ancaq onların həllinin uzadılması də heç də işlərin lehinə olmaz. Azərbaycan Prezidentinin bu yaxınlarda təsdiq etdiyi 2020-ci il də strateji inkişaf və İKT sistemlərinin bütün dövlət qurumlarına tətbiqi haqqında proqram sosial sistemin daha sürətlə inkişaf etməsinə gətirib çıxaracaqdır. Bəlkə də bu, öz növbəsində, insanlarda sosial təminat sahəsində mənəvi komponentin inkişafını sürətləndirən qeyri-dövlət pensiya fondlarının yaranmasına, eləcə də əhalinin müstəsna rol oynayacaqları gələcəklərinə daha da yaxınlaşmasına və inanmasına gətirib çıxaracaqdır.

Dövlət Sosial Müdafiə Fondu buğun, öz növbəsində, müasir sosial bazanın və bütünlükdə sosial-sığorta sisteminin təməlini təşkil edir. Ancaq islahatların gedişində, hər zaman yeniliklərin düzgün və hamar şəkildə həyata keçirilməsinə əngəl törədə biləcək bir çox problemlərlə qarşılaşırsan. Bu cür problemlər hər şeydən başqa islahatların təşkili üzrə həyata keçirilən tədbirlərin qeyri-effektivliyindən də asılıdır. Öz növbəsində, sosial sistemin sonrakı planlı inkişafına düzgün istiqamət verməyə şərait yaradan element kimi yenidən təşkilin struktur tərkib hissəsinin mühüm amilini də müəyyənləşdirmək lazımdır.

Gələcəyə baxış hər zaman yeniliklərin kökündə duran konsepsiyadır. Bu və ya digər tədbirlərin nə qədər səmərəli olacağı və əhalinin sosial tərkibi ilə ziddiyyət təşkil etməyəcəyi onun cəmiyyət tərəfindən hansı şəkildə qarşılanmağından asılıdır. Bugün hər bir gənc insan özünü gələcəkdə sosial cəhətdən təmin olunmuş və tam şəkildə müdafiə olunmuş görə bilməlidir. Bugün islahatların aparılması zamanı birinci növbədə məhz bu amilə diqqət yetirilməlidir. Sosial təminatın bugünkü xarakteri hələ o qədər də mükəmməl deyildir, ancaq bunun üçün bütün perspektiv və alətlər mövcuddur. Mövqelərin daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün sosial müdafiəyə ehtiyacı olan təqaüd yaşlı insanların tələblərinə yerinə yetirmək lazımdır. Gördüyümüz kimi, dövlət sosial-sığorta sisteminin inkişafı və təkmilləşdirilməsi üzrə bu cür layihələrin həyata keçirilməsi üçün çox səy göstərir. Sonralar, pensiya sisteminin müasir tipinin yaradılması əhalinin pensiya yığımlarına etibar etməsinə gətirib çıxaracaqdır, belə ki, bu, Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün irəliyə doğru mühüm addım olacaqdır. Bu, həm seçim nöqteyi - nəzərindən, həm də təqaüdə çıxarkən öz gələcəyini təşkil etmək baxımından vətəndaşlar üçün əlverişli şərtlər yaradacaqdır. Öz növbəsində pensiya əmanətlərinin özəl pensiya fondlarına qoyularkən, mütləq sığorta olunmalı və bilavasitə dövlət nəzarəti altında olmalıdır. Bir daha vurğulamaq lazımdır ki, yaxın gələcəkdə sosial müdafiə sahəsində toplanmış təcrübə vasitəsilə sosial təminat sistemini təşkil etmək və təkmilləşdirmək mümkün olacaqdır. Bunun üçün mükəmməl ilkin şərtlər və təməli 2000-ci illərin əvvəlində ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan başlıca kurs mövcuddur və Azərbaycan Respublikasının illərin sınağından keçmiş sosial müdafiə sisteminin inkişafı kursu bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəstəklənir və davam etdirilir.

Rüstəm Rüstəmov,

İqtisadiyyat üzrə ekspert

yap.org.az

Digər xəbərlər