PDF Oxu

Araşdırma

  • 1 673

Elçin Mirzəbəyli: “Mitinqi “Milli Şura”nın bitməsinin son akkordu hesab etmək olar”

Elçin Mirzəbəyli: “Mitinqi “Milli Şura”nın bitməsinin son akkordu hesab etmək olar”

" "Milli Şura"nın dünən keçirilən aksiyasında iştirak edənlərin sayı sayı o qədər az idi ki, onu ancaq piket adlandırmaq olar. Verilən bəyanatlar sübuta yetirdi ki, radikal müxalifət düşərgəsində də prosesin fiaskoya uğradığını başa düşürlər. Bu baxımdan mitinqi "Milli Şura"nın bitməsinin son akkordu hesab etmək olar". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "Milli Şura"nın dünən keçirilən aksiyasına münasibət bildirərkən deyib.

Siyasi şərhçi "Milli Şura"nın bu gün keçiriləcək sessiyasın münasibət bildirərkən deyib ki, adıçəkilən qurumun sessiyasında istənilən namizəd seçilsə belə, onun seçkilərdə cüzi də olsa uğur qazanması mümkün olmayacaq: "Burada məsələ seçkidə qalib gəlməkdən getmir. Belə ki, onların seçici səslərini alması qeyri-mümkündür. "Milli Şura" ideyası ətrafında birləşən insanlar bu quruma daxil olmaqla ətrafındakıları da itirdilər. Çünki həmin elektratın bir hissəsi yanlış da olsa milli demokratik dəyərlərə guya üstünlük verdiyinə görə adıçəkilən quruma üz tutmuşdular. Amma prosesin gedişində bəlli oldu ki, həmin qüvvələr bütövlükdə xarici güclərin himayəsinə sığınmağa hazırdırlar və onları Azərbaycan xalqının dəstəyi yox, bu və ya digər ölkənin dəstəyi maraqlandırır. Prinsip etibarı ilə bundan sonra onların öz üzvlərinin belə səsini alması sıfıra bərabərdir".

sia.az

Digər xəbərlər