"Hər kəs yaxşı bilir ki, müxalifət düşərgəsindən olan insanlar heç vaxt dəyişməyiblər. Bunlar 20 il əvvəl necə idilərsə, elə də qalıblar. Yəni, cəmiyyətə yeni ideyalar, təşəbbüslər verə bilmirlər. Hesab edirəm ki, Gültəkin Hacıbəyli və İsa Qəmbər "müttəfiqliyinin" ömrü uzun olmayacaq. Zaman keçdikcə yenə də onlar bir-birilərinə opponent olacaqlar". Bu fikirləri SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli Gültəkin Hacıbəyli-İsa Qəmbər "müttəfiqliyinə" münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Gültəkin Hacıbəyli və İsa Qəmbər münasibətlərində heç nə dəyişməyib: "Dəyişən inkişaf edən Azərbaycanımızdır. Bu gün Azərbaycanda bütün sahələrdə gedən sürətli inkişaf göz qabağındadır. Bugünki inkişafın memarı Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevdir".Qeyd edək ki, bu gün İsa Qəmbər və Gültəkin Hacıbəyli "Milli Şura" adlı qurumda təmsil olunur, "həmkar" sayılırlar. Ancaq cəmi 4 il əvvəl - 2009-cu ildə referendum ərəfəsində keçirilən debatlarda onlar nəinki rəqib, hətta opponent idilər. Sözügedən tərəflər debatlarda irəli gedərək bir-birlərinə ağır sözlər deməkdən də çəkinmirdilər. Təqdim edəcəyimiz videodan da görünür ki, onlar bir-birini savadsız və hazırlıqsız olmaqda itiham edirdilər. Bu videoya baxanda, "Milli Şura" adlı qurumun nə qədər möhkəm əsaslar üzərində qurulduğu məlum olur.
sia.az