Bugünkü dünyada gedən proseslər fonunda dünya ölkələrini üç qismə ayırmaq olar: dağıdıcı, dağılan və qranit dövlətləri." Araşdırma aparanda şahidi oluruq ki, hazırda dünya ölkələrinin bir çoxunda baş verən gərgin siyasi proseslər, iqtisadi tənəzzül, sosial partlayışlar məhz birincilərin ikincilər üzərində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Hətta dünyanın ən böyük iqtisadiyyata malik, onilliklərlə müstəqillik tarixi olan supergücləri belə bundan sığortalanmayıb, çünki həmin dövlətlərin apardıqları "mədəni müharibə" və "mədəni dağıdıcılıq" siaysəti qarşılıqlı zərbələri də labüd edir. Hazırda dünyanın bir çox dövlətlərində baş verən inqilablar, vətəndaş müharibələri, iğtişaşlar, iqtisadi böhranlar məhz bu siyasətin nəticəsidir ki, süni şəkildə yaradılan bu cür proseslər heç bir millətə xoşbəxtlik gəirmir.
Ancaq dünyada bir sıra qranit dövlətləri də var ki, onlarda siyasi tənəzzül, iqtisadi iflas və vətəndaş münasibətləri müşahidə olunmur. Bunlar zəngin ideoloji konsepsiya əsasında qurulan, insan kapitalının üstün tutlduğu, milli təhlükəsizliyin başlıca məqsəd olduğu, milli maraqların milli üsullarla qorunduğu dövlətlərdir. Xoşbəxtlikdən doğma Vətənimiz- Azərbaycan da məhz barmaqla sayılan həmin dövlətlərdəndir ki, yalnız ictimai-siyasi sabitlik və iqtisadi inkişaf hökm sürür. Ən əsası, Azərbaycan dövlət olaraq heç bir millətin torpaqlarına iddia irəli sürmədi, hər hansı ölkədə öz maraqları üçün təxribatçı addımlar atmadı və iqtisadi baxımdan özünü heç bir dövlətdən asılı vəziyyətə salmadı. Əksinə, dünyada sülh və əmin-amanlıq göyərçini kimi tanınaraq, həm də dünyanın "ən humansit dövləti" adını qazandı. Milli sərvətlər milli maraqlara yönəldildi, insan kapitalı başlıca amil kimi prioritet məsələ seçildi.
Ona görə də bu gün Azərbaycanda dövlət-vətəndaş münasibətləri ən yüksək səviyyədədir, insanlar arasında qarşılıqlı anlayış, dövlətə etibar və sədaqət mövcuddur. Hələ 90-cı illərdə Azərbaycanda daxili sabitliyin qorunması istiqamətində Ulu Öndər Heydər Əliyevin atdığı mütərəqqi addımlar bütün dünyaya bir nümunə oldu, ölkədə siyasi plüralizm yaradıldı, zəngin ideoloji təsisatlar, milli maraqlara xidmət edən institutlar, qurumlar fəaliyyətə başladı.Təsadüfi deyil ki, Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, heç bir siyasi iğtişaş, iqtisadi tənəzzül, gərgin vətəndaş münasiətləri sosial hadisə kimi baş vermir.
Təkcə 2003-2013-cü illərdə həyata keçirilən layihələr, qəbul edilən proqramlar ölkəmizi yeni inkişaf relsinə salaraq, bundan sonrakı daha böyük bir inkişafın əsasını qoydu. Həm xarici, həm də daxili siyasət o səviyyədə quruldu ki, burada milli maraqlar öndə durdu, dövlət maraqları önə çəkildi, insanların sosial durumu daha da yaxşılaşdı, iqtisadi artım hər bir fərdin həyatında hiss olundu.
Bütün bunlarla yanaşı, Azərbaycanda mövcud olan siyasi plüralizmdən, azadlıqdan, sabitlikdən, tolerantlıqdan, insan hüquqlarının ən yüksək səviyyədə qorunmasından istifadə edən qüvvələr də zaman-zaman meydana çıxır. Acınacaqlısı odur ki, bu cür qüvvəllər daha çox daxili qüvvələrdir. Siyasi sabitlikdən istifadə edən bir sıra dağıdıcı siyasi partiyalar xarici maraqlara, düşmən mövqeyinə xidmət edərək Azərbaycanda siyasi sabitliyi pozmağa, təxribatçı hadisələr həyata keçirməyə cəhd edirlər. Xüsusilə də, seçki ərəfəsində aktivləşən bu cür qüvvələr məqsədlərinə heç vaxt çata bilməsələr də, zaman-zaman bu meyillərindən əl çəkmirlər.
Məhz 2013-cü il prezident seçkisi ərəfəsində də dövlət maraqlarına, milli mənafeyə əks tərəfdə duran bu cür siyasi təşkilatların aktivləşməsi təsadüfi deyil. Çünki öndə maddi dəyərlərin durduğu bu cür siyasi qurumları milli maraqla elə də düşündürmür. Lakin göründüyü kimi, bu dəfə də həmin siyasi partiyalar məğlubiyyətə düçar olduq, özlərini biabır edir "milli düşmənlər" adını qazanırlar. Ən əsası, bu dəfə də siyasi mübarizədə məğlub oldular və güman ki, yaxın gələcəkdə tarixin arxivinə gömüləcəklər.
Bu gün Azərbaycanda mövcud olan "İlham Əliyev-Azərbaycan xalqı" birliyinə zərbə vurmaq mümkün deyil. Çünki ölkəmizin gələcək inkişafı bundan sonra da məhz bu birlikdən keçir.
Samir