PDF Oxu

Araşdırma

  • 2 897

"Azadlıq" radiosunda yalançı sorğu

"Azadlıq" radiosunda yalançı sorğu

Bu radionun sual verməyi bacarmayan müxbirləri seçicilərin cavablarını anlamaq istəməyiblər

"Azadlıq" radiosu "Prezident seçkilərində kimə səs verəcəksən?" sualı ilə düşüb çöllərə ki, görsünlər insanlar arasında "Milli Şura"nın fırildaqlarına, oyunlarına hələ də inanan qalıbmı? Sonra da iddia etməyə başlayıblar ki, sorğuda iştirak edənlərin 75,5 faizi "Milli Şura"nın namizədi Cəmil Həsənlini dəstəkləyəcəklərini bildiriblər. Vallah, abır-həya yaxşı şeydi. Utanmadan vətəndaşların adına ləkə yaxır, onların adından yalanlar danışırlar. Bunlar radionun içərisində gəzərək 3-5 əməkdaş arasında sorğu keçirib və adını qoyublar ki, əhali arasında sorğu keçirdik.

Digər bir məsələ isə ondan ibarətdir ki, "Azadlıq" radiosunun keçirdiyi sorğunun nəticəsi necə olmalı idi ki?! Onsuz da seçki prosesi başlayandan bu radio Azərbaycan qanunlarını kobud şəkildə pozaraq "Milli Şura"nı, onun "vahid" və dublyor namizədini dəstəkləyir, onları reklam edir. "Azadlıq" radiosu ortaya konkret mövqe qoymaqla həm də beynəlxalq medianın peşəkarlıq kodeksini kobud şəkildə pozur, onun prinsiplərini ayaq altına atır. Bunlardan heç bir ağıllı iş gözləmək olmaz.

Belə tərəfkeşlikdən sonra "Azadlıq" radiosunun fəaliyyətinin bərpa edilməsi xahişi ilə Azərbaycanın rəsmi strukturlarının qapılarını bəziləri necə döyəcəklər?! Onlar bu qədər qanun pozuntusunu görmək istəmirlər? Budurmu ABŞ-ın və "Azadlıq" radiosunun təbliğ etdiyi bitərəflik, qərəzsizlik, şəffaflıq?

Onu da qeyd edək ki, real vəziyyəti bilən radionu xof basıb. Bu cür həyəcanlananlar xofdan tərləyib başlayıblar əks-təbliğatı gücləndirməyə. Əslində, "Azadlığ"ın sorğusunu əksinə oxumaq lazımdır. Deməli, səs verənlərin 75,5 faizi C.Həsənliyə səs verməyəcəklərini bəyan ediblər.

Cahid Süleymanov

Digər xəbərlər