PDF Oxu

Araşdırma

  • 1 239

ERMƏNİSTAN QORXU VƏ TƏŞVİŞ İÇİNDƏDİR

ERMƏNİSTAN QORXU VƏ TƏŞVİŞ İÇİNDƏDİR

BEYNƏLXALQ BÖHRAN QRUPU: "DAĞLIQ QARABAĞDA QƏFİL MÜHARİBƏ BAŞLAYA BİLƏR"

Elman Nəsirli: "Müharibənin başlayacağı təqdirdə, həmin tarix elan edilmir və əksinə, məxfi saxlanılır"

Beynəlxalq Böhran Qrupu Qafqaz regionunda dondurulmuş münaqişələrlə bağlı hesabat yayarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilgic məlumatlar yayıb. BBQ-nin iddiasına görə, Dağliq Qarabağda qəfil müharibə başlaya bilər. Beynəlxalq Böhran Qrupunun "Ermənistan və Azərbaycan: risqlər mövsümü" adlı hesabatında beynəlxalq birlikdən Ermənistanla Azərbaycan arasında "yeni, qəfil ölümcül münaqişənin" başlamasının qarşısını almaq üçün daha qətiyyətli səylər göstərməyə çağırıldığı bildirilir.

Qeyd edək ki, hesabatda təşkilatın ekspertləri Ermənistanla Azərbaycan arasında "istənilən vaxt qəfildən başlaya biləcək" yeni müharibə riskini analiz ediblər: "Danışıqlar 2011-ci ildən dayanıb, hər iki tərəf silahlanmanı və hərbi ritorikanı gücləndirib. Hesabatda qeyd edilir ki, əsasən də hər iki ölkədə daxili siyasi rəqabətin də gücləndirdiyi bu gərgin situasiyada ən böyük təhlükə təsadüfi müharibədir".

Təşkilatın ekspertləri onu da qeyd edirlər ki, 2011-ci ildə danışıqlar dayandıqdan sonra tərəflər öz hərbi xərclərini daha da artırıblar və qəfil situasiyalar üçün hərbi fəaliyyət planları hazırlamağa başlayıblar: Təmas xəttində getdikcə artan atışmaların Rusiya, İran və Türkiyənin də cəlb olunduğu irimiqyaslı regional münaqişəyə çevrilməsi riski realdır".

Beynəlxalq Böhran Qrupunun qənaətinə görə, Ermənistanda müxalifətin planlaşdırılan etirazları, Azərbaycandakı prezident seçkiləri tərəflərə birbaşa danışıqlara başlamaq üçün maneə yaradır. Belə vəziyyətdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və Avropa İttifaqı gərginliyin artmasına imkan verməmək üçün ayıq olmalıdır.

Hesabatla bağlı politoloq Elman Nesirli münasibət bildirib: "Azərbaycanın hələ ki, sülh yolu ilə torpaqları qaytarmaq istəyi, Ermənistanı rahat etməsin. Azərbaycan itənilən zaman müharibəni başlamaq iqtidarındadır."

E.Nəsirlinin sözlərinə görə müharibənin hazırda başlaması üçün heç bir faza yoxdur: "Beynəlxalq hüquq tərəfindədn də qəbul olunub ki, Ermənistan işğal etmiş Azərbaycan torpaqlarını qaytarmadığı müddətdə, Azərbaycan istənilən yol ilə torpaqları geri almaq hüququna malikdir. Bunu ATƏT və beynəlxalq konvensiyalarda təsdiqləyir. Bu gün "Beynəlxalq Böhran Qrupu"nun hesabatında məsələnin bu cür kəskin formada qoyulması onunla bağlıdır ki, Ermənistan ictimaiyyəti iddia edir ki, guya 2014-cü ildə ABŞ-ın qoşunları Əfqanıstandan çıxarılcaq və həmin qoşunlar Cənubi Qafqaza daxil olacaq. Bu sırada Ermənistan hərbi iğtişaşlar törədə bilər ki, həmin qoşunlar məhz Cənubi Qafqazda qalsın. Bunu isə erməni mətbuatı belə şərh edir ki, 2014-cü ildə yenidən Qarabağ müharibəsi başlayacaq. Belə məlumatlar boş şayələrdir. Bəzən bir sıra erməni nəşrləri müharibənin başlayacağı tarixini də qeyd edirlər. Nəzərinizə çatdırım ki, bu, olduqca absurd fikirdir. Ümumiyyətlə, müharibənin başlayacağı təqdirdə, həmin tarix elan edilmir və əksinə, məxfi saxlanılır. Bir tərəfdən qeyd edim ki, hazırda Ermənistanın müharibəni başlaması üçün heç bir potensialı yoxdur. Azərbaycan tərəfi isə, hələlik, yumuşaq güc tətbiq edərək, sülh danışıqlarına gedir və hələ ki, Azərbaycan müharibəyə başlamaq yönündə qərar qəbul etməyib. Lakin bu, Ermənistan tərəfi heç də rahat etməsin, çünki müharibə istənilən zaman başlaya bilər. Lakin hazırkı hesabat məhz informasiya maşınının məhsuludur".

Ülkər Musazadə

Digər xəbərlər