PDF Oxu

Araşdırma

  • 2 052

GÜRCÜSTANIN YENİ PREZİDENTİ GÜRCÜSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ NƏLƏRİ VƏD EDİR?

GÜRCÜSTANIN YENİ PREZİDENTİ GÜRCÜSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ NƏLƏRİ VƏD EDİR?

Gürcüstanda keçirilən prezident seçkilərində hakim "Gürcü arzusu" koalisiyasının namizədi Georgi Marqvelaşvili qalib gəldi. Belə ki, Gürcüstan MSK-sının saytına istinadən, protokolların 100 faizi nəzərdən keçirilib. Beləliklə, Georgi Marqvelaşvili səslərin 62,11 faizini toplayıb. Saakaşvilinin "Vahid Milli Hərəkat"ının namizədi David Bakradzeyə seçicilərin 21,73 faizi səs verib. Keçmiş spiker Nino Burcanadze isə səslərin 10, 18 faizini qazanıb.

Prezident seçkilərində əldə etdiyi qələbədən sonra, Georgi Marqvelaşvili baş nazir müavini vəzifəsində çalışıb. Lakin bir sıra politoloqlar G. Marqvelaşvilini lider siyasətçi adlandırmağa tərəddüd edirlər. Onların fikrincə, baş nazirin müavini postunu tutduğu zaman, demək olar ki, çox passiv bir fəaliyyət nümayiş etdirib. Bundan savayı, onu Ermənistan Prezidenti Serj Sarkisyansayağı Rusiyanın marionetkası kimi qələmə verirlər. Bu isə siyasi nöqteyi-nəzərdən Gürcüstan üçün heç də xoş olmayan hadisələrin cərəyan edəcəyinə sövq edir. Bunu hətta Gütcüstanın eks prezidenti Mixail Saakaşvili də öz çıxışı zamanı bildirərək, Gürüstanı bundan sonra daha ağır həyat və qeyri-müəyyənlik gözlədiyini bildirib. Qeyd edək ki, G.Marqvelaşvili prezident seçilənədək, baş nazirin müavini vəzifəsində çalışırdı. Baş nazir isə xatırladaq ki, G. Marqvelaşvili ilə "Gürcü arzusu" partiyasının üzvü Bidzina İvanaşvilidir.

Gürcüstanda vəziyyətin daha ciddi nüanslara səbəb olacağını hətta ABŞ-da da bildirirlər. Belə olmasaydı Mixail Sarkaşviliyə Gürcüstanda keçirilən prezident seçkiləri bitdikdən dərhal sonra, ölkəni tərk etməyi məsləhət görməzdilər. Deməli, Gürcüstanda heç də xoşa gəlməyən hadisələrin olacağı gözlənilir. Lakin bu gözlənilən hadisələr Gürcüstanın beynəlxalq əlaqələrinə nə dərəcədə təsir etmək iqtidarındadır? O cümlədən, Gürcüstanda yeni prezident postunu tutan Georgi Marqvelaşvili hakimiyyətinin başlanması ilə Azərbaycan-Gürcüstan münasibətlərinə nə kimi təsiri ola bilər?

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar Institunun direktoru, politoloq Elman Nəsirli münasibətini bildirərək, Gürcüstan-Azərbaycan əlaqələrindən danışdı: "Gürcüstanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, təbii ki, Gürcüstanın milli maraqları önəmli olacaq. Bu nöqteyi-nəzərdən M.Sarkaşvilini B.İvanaşvili tərəfdari olan G.Marqvelaşvili tərəfdarı əvəz etsə də, düşünürəm ki, Azərbaycanla Gürcüstan arasında olduqca sıx əlaqələr mövcuddur və Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. O cümlədən, bir çox strateji əhəmiyyətli layihələrdə də ortağıq. Bakı -Tibilisi -Ərzurum, Bakı -Tibilisi- Ceyhan, və 2014-cü ildə açılması gözlənilən Bakı-Tibilisi- Qars layihələri yalnız regional deyil, demək olar ki, beynəlxalq qlobal əhəmiyyətli layihələrdir. Bu layihələrdən əsas qazanan tərəf Gürcüstandır. Nəzərə alsaq ki, hazırda Gürcüstana ən çox sərmayəni məhz Azərbaycan yatırır. Bu gün Azərbaycan Gürcüstana ən aşağı faizlərlə kreditlətrin verilməsini təmin edir. Bir sözlə, Azərbaycanla Gürcüstan arasında sıx dostluq münasibətləri var. Onu da nəzərə alaq ki, Gürcüstanda yarım milyondan azərbaycanlı yaşayır. Bu baxımdan, düşünürəm ki, Gürcüstan hakimiyyətinə kimin gəlməsindən asılı olmayaraq, mövcud layihələri və mövcud Gürcüstan-Azərbaycan münasibətlərini daha da inkişaf etdirməlidir. Bu prosesi, riyazi dil ilə desək, toplananların yerin dəyişəndə, cəm dəyişməməlidir. Yəni M. Saakaşvilini kimin əvəz etməsindən asılı olmayaraq, Gürcüstanla Azərbaycan arasında artıq formalaşmış dostluq və böyük iqtisadi əməkdaşlığa xələl gəlməməlidir".

Ülkər Musazadə

Digər xəbərlər