Bu günlərdə erməni mətbuatında qeyd edilir ki, Serj Sarkisyan hökuməti Suriyadan Ermənistana, eləcə də Azərbaycanın işğal olunmuş torpaqlarına 20 minədək erməni əsilli ailənin köçürülməsini bəyan etmişdir. Lakin bu ailələr hazırda Suriyada qalmaqdadırlar. Onlar Suriyadakı qanlı toqquşmaların Ermənistandakı bərbad vəziyyətdən dəfələlə yaxşı şükürlü olması ilə əsaslandırırlar. Xatırladırıq ki, hər gün Suriyada yüzlərlə adam öz həyatını itirir. Buna baxmayaraq onlar Ermənistana köçürülməkdən imtina edirlər. Eyni zamanda vurğulamaq lazımdır ki, Suriyadakı hadisələrdən dolayı Türkiyəyə və digər qonşu dövlətlərə minlərlə Suriya erməniləri evakuasiya edilib.
Mövzu ilə əlaqədar Türkiyənin "Zaman"" nəşri Suriya vətəndaşlarının Ermənistana köçürülməsinin səbələrini araşdıran məqalə dərc edib. Məqalədə Sərkisyanın apardığı siyasətin Ermənistanı uçuruma yuvarladığı bildirilir. Yerli ekspertlər mövcud durumu əhalinin köçürülməsini "miqrasiya"" deyil, artıq "evakuasiya"" termini lə ifadə edirlər. Miqrasiyanın həcmi o həddədir ki, bunu yalnız evakuasiya ilə müqayisə etməyin mümkün olduğu bildirilir.
Nəşr qeyd edir ki, Ermənistana kredit qoymuş beynəlxalq maliyyə qurumları ölkənin iqtisadi artım tempi barədə vahid mövqeyə malik deyillər: "Bir şey aydındır ki, Ermənistan iqtisadiyyatının illik inkişaf tempi 7,2 faizdən aşağıdır. Mövcud borclara istinadən demək olar ki, Ermənistanda illik iqtisadi inkişaf tempinin ən aşağı həddi 7,2 faiz olmalıdır. Rusiyanın Ermənistana dost münasibəti bu göstəricinin doğruluğunu təsdiq edir. Ermənistana satılan qazın qiyməti artarsa və ya Ermənistandakı iqtisadi subyektlərlə RF müxtəlif manevrlər edərsə, ölkə iqtisadiyyatının inkişaf tempi 0 faiz hüdudlarında olacaq. Bu durumda S.Sarkisyan çıxış yolunu daha ucuz şərtlərlə kredit almaqda görür. Onun avrointeqrasiya məqsədlərindən biri də budur. S.Sarkisyan Rusiya qarşısında təkcə siyasi deyil, həm də maliyyə nüfuzunu itirib.
"Zaman"" nəşri M.Əhmədoğlunun sözlərinə istinadən qeyd edir ki, bir vaxt güclü anti-Rusiya təbliğatı yolu tutan S.Sarkisyan əmin idi ki, onun bu fəaliyyəti Qərb tərəfdən dəstəklənəcək. "Fitch" və "Moody's" beynəlxalq reytinq təşkilatlarının qısa müddət ərzində, gözlənilmədən Ermənistanla bağlı reytinqlərini müsbətə tərəf dəyişməsi S.Sarkisyanın gözləntilərinin əsassız olmadığını göstərirdi. Lakin Rusya Ermənistana qarşı işlətdiyi maqnit siyasəti ilə onu yenidən geri çəkdi. Serj Sarkisyan da avtomat siyasətçi" kimi Rusiyadan asılı olduğunu bir daha beynəlxalq aləmə nümayiş etdirdi və onun üzünə açılmaq ehtimalı olan Qərb qapılarını birdəfəlik bağladı.
Amma ATƏT MQ-nin fəaliyyəti səngidiyi üçün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı təminatı S.Sarkisyan özü verməli oldu. Xatırladaq ki, aylar öncə, Ermənistan gəncləri qarşısında çıxış edərkən, S.Sarkisyan 4 il bundan əvvəl ortalığa qoyulmuş Yenilənmiş Madrid Prinsiplərinin Ermənistan tərəfindən qəbul edildiyini açıqlamışdı. Eyni zamanda S.Sarkisyan ona pul verməyə vəd etmiş donor ölkələri və maliyyə qurumlarını əmin etdi ki, Ermənistan yalnız Yenilənmiş Madrid Prinsipləri əsasında münaqişəni həll edəcək.
Yenilənmiş Madrid Prinsipləri isə birbaşa erməni işğalında olan 7 rayonun dərhal, Dağlıq Qarabağın özünün isə tədricən Azərbaycana qaytarılması deməkdir. Ümumiyyətlə S.Sarkisyan Azərbaycan haqqında xoş söz deməklə beynəlxalq təşkilatlara və Qərbə Azərbaycan Prezidenti ilə dost ola bilmək şansının olması mesajını vermişdi: "Amma nəzərə alınmalıdır ki, bu Serj Sarkisyandır, əgər yalançılıq və blef üzrə prezidentlər arasında yarış keçirilsəydi, şübhəsiz, o, birinci olardı. Çünki xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsini tənzimləyəcəyi ilə bağlı o, ən azı, iki dəfə vəd verib, amma yerinə yetiməyib. Bu 2008-ci ildə hakimiyyətə təzə gələndə və 2009-cu ildə Ermənistan üçün kredit götürmək istərkən baş vermişdi. Bununla yanaşı, S.Sarkisyanin İlham Əliyevin əleyhinə beynəlxalq aləmdə apardığı böhtan kampaniyası da nəzərdən qaçırılmamalıdır" deyə "Zaman" nəşri yazır.
Bütün bunlarla əslində, Serj Sarkisyan yürütdüyü siyasəti beynəlxalq aləmə "holland xəstəliyi"" kimi təqdim etmiş oldu. Lakin ötən gün MDB ölkələrinin dövlət başçılarının Minsk görüşü zamanı yatması ilə, tarixə "yatan prezident"" adı altında daxil olamaq imkanı da əldə etmiş oldu. Qeyd edək ki, Rusiya folklorunda "Yatmış Gözəl"" nağılı olduqca populyardır. Hətta nağıl ssenari əsasında səhnəyə də qoyulub. Görünür Ruiyanın əlaltısı olan Serj Sarkisyanın bu cür qeyri-adekvat hərəkətləri ilə olduqca populyar olan nağılın ismini yeni əsrdə "Yatmış prezident"" kimi təqdim etmək olar.
Ülkər Musazadə