"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri dövlətlərimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə yüksəlməsi mənafeyinə xidmət göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli bildirib.Politoloq qeyd edib ki, bu mərhələ, heç şübhəsiz, digər sferalarda olduğu kimi, hərbi-təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsi və dərinləşdırilməsi anlamını özündə ehtiva edir."Prezident İlham Əliyevin səfər çərçivəsində qeyd etdiyi "Türkiyə nə qədər güclü olarsa, Azərbaycan bir o qədər özünü təhlükəsiz hiss edəcək" ifadəsi əslində daha çox hərbi-texniki və təhlükəsizlik sahəsində əlaqələrin yeni müstəviyə çıxarılmasının vacibliyinə bir işarədir. Bu sahədə artıq müəyyən addımlar atılıb. 2010-cu il 16 avqust tarixli "Azərbayacan Respublikası ilə Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" 23 maddədən ibarət olan sazişin imzalanması, habelə, onun reallaşdırılması yolunda mühüm mexanizm olan və həmin ilin 15 sentyabr tarixində yaradılmış Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu mənada böyük siyası əhəmiyyəti var" - deyə E.Nəsirli bildirib.10 il sonra inkişaf etmiş dövlətlər sırasına daxil olmağı hədəf seçmiş Azərbaycanın həmin müddətdə dünyanın iqtisadi baxımdan ən güclü 10 dövlətindən birinə çevrilməyi qarşısına məqsəd qoymuş Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək üçün olduqca boyük potensialı olduğunu bildirən E.Nəsirli əlavə edib ki, bu səfər həmin potensialın növbəti dəfə nümayişi baxımından da olduqca əlamətdardır və bədxah qonşularımıza ciddi siqnal sayıla bilər.
sia.az