PDF Oxu

Araşdırma

  • 1 767

Azərbaycan Qərbin ikili standartlarından narahatdır!

Azərbaycan Qərbin ikili standartlarından narahatdır!

Avropa İttifaqının, ABŞ və Böyük Britaniya siyasi dairələrinin riyakarlıqları hər zaman ifşa olunur

Bəlli olduğu kimi, Azərbaycanda "vətəndaş cəmiyyəti fəalı" adı altında fəaliyyət göstərərək, əslində dövlət əleyhinə iş aparan, bu müstəvidə bir sıra cinayətlər törətdiyinə görə mühakimə olunan Rəsul Cəfərova məhkəmənin hökmü ilə 6 il 6 ay cəza verilib. Lakin məsələyə daha yaxın kontekstdən yaxınlaşana qədər, bir xüsusi amili dəyərli oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan qanunlarını pozan, düşmən dəyirmanına su tökən, həmçinin xarici siyasi dairələrlə iş birliyinə girərək qrantyeyənlər kimi tanınan "vətəndaş cəmiyyəti fəalları" qisminə yalnız Rəsul Cəfərov aid deyil. Onunkimilər sırasına Leyla və Arif Yunusları, İntiqam Əliyevi, Xədicə İsmayılı və digərlərini göstərmək mümkündür. Təbii ki, kimliyindən, hansı idtiqamətdə fəaliyyət göstərməsindən asılı olmayaraq, qanunları pozan, milli-dövlətçilik maraqlarını valyutalara satan istənilən şəxs gec, ya da tez öz layiqli cəzasını almalıdır. Çünki belə bir misal var: şah qanun deyil, qanun şadır!

ABŞ-ın bənzər "ittiham" motovlərinin ölkəmizə qarşı mövcudluğu bu dövlətin daxilində baş verən irqi, islamofob və s. hadisələri pərdələməkdən, gizlətməkdən ibarətdir

Məhz Rəsul Cəfərovun məhkəmə hökmü çıxar-çıxmaz, Qərb siyasiləri sanki bunu gözləyirmiş kimi dərhal böyük-böyük bəyanatlar verərək, Azərbaycan iqtidarını "haqsız" çıxarmağa çalışırlar. Məsələn, ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Marie Harf əlində heç bir əsası, sübutu olmadan, eləcə də ermənipərəst şeflərindən aldığı tapşırıqlar əsasında deyib ki, "biz" (yəni erməni lobbisinin pulları ilə qidalanan ABŞ siyasi dairələri-R.N.) narazılığımızı Azərbaycana açıq şəkildə bildirmişik. Biz bu məsələni əvvəllər də qaldırmışıq".

ABŞ-ın Azərbaycan hökumətini hədəfə alan qərəzli bəyanatlar səsləndirməsinin daha bir səbəbi isə iqtidaryönlü mətbu orqanlarda bu ölkədə cərəyan edən insan hüquqlarının davamlı şəkildə pozulması faktlarını sübuta yetirməsidir. Eyni zamanda, ABŞ-ın dövlət rəhbərliyinin digər ölkələrə "demokratiya dərsi" keçmələrinə rəğmən, öz ölkələrində baş verən bu kimi olaylara göz yummalarıdır. Əlbəttə ki, ABŞ-ın bənzər "ittiham" motivlərinin ölkəmizə qarşı mövcudluğu əslində elə həmin dövlətin daxilində baş verən irqi, islamofob və s. hadisələri pərdələməkdən, gizlətməkdən ibarətdir. Ancaq nə qədər maraqlı olsa da, ABŞ siyasi dairələri, daha dəqiq desək, Dövlət Departamentinin rəsmisi bu amili də kobud şəklində Azərbaycan iqtidarının üzərinə yıxmağa səy göstərib. Sitat: "Biz insan haqları ilə bağlı narahatlıqlarımızdan danışanda mövqeyimiz çox aydın olur. Buna görə bizi günahlandırmaq cəhdləri, yaxud ABŞ-a qarşı irəli sürülən ittihamlar onların diqqəti öz situasiyalarından yayındırmaq cəhdidir. "Biz insan haqları ilə bağlı narahatlıqlarımızdan danışanda mövqeyimiz çox aydın olur. Buna görə bizi günahlandırmaq cəhdləri, yaxud ABŞ-a qarşı irəli sürülən ittihamlar onların diqqəti öz situasiyalarından yayındırmaq cəhdidir. Biz bu situasiyadan çox narahat olmuşuq. Biz insan haqları ilə bağlı situasiya haqda razılaşmayanda, bunu aydın edirik."

Departament sözcüsünün məlum bəyanatlar səsləndirməsi ABŞ anti-demokratiyasının bariz göstəricisi kimi qiymətləndirilir

Beləliklə, bir daha aydın olur ki, "İnsan Haqları Klubu"nun təsisçisi və sədri olan Cəfərovun məhkum edilməsini "Azərbaycanda demokratik inkişafın geriləməsi" kimi sırımağa çalışan amerikalı siyasilər ilk növbədə öz daxillərində yaranımş problemləri həll etməyə səy gstərsəydilər, bu daha demokratik təsir göstərərdi. İndi isə, Departament sözcüsünün məlum bəyanatlar səsləndirməsi ABŞ anti-demokratiyasının bariz göstəricisi kimi qiymətləndirilir.

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Marie Harf çox yəqin onu da yaxşı bilir ki, onun ölkəsində pozulan insan haqlarına bu günlərdə daha bir hadisə də əlavə olunub. Belə ki, ABŞ-ın Merilend ştatının Baltimor şəhərinin qaradərili sakini Fred Qrey həbsdə olarkən aldığı travmalardan dünən dünyasını dəyişib.

Elə ABŞ mətbuatının verdiyi məulama görə, onun ölümündən sonra şəhərdə etiraz aksiyası keçirilib. Etiraz aksiyasında 100-dən çox insan iştirak edib. Onlar hakimiyyətdən hadisənin dəqiq araşdırılmasını tələb ediblər. Ancaq hökumət, hər zaman olduğu kimi, bu dəfə də Ferqüssonda, eləcə də digər ştatlartda etirazlara qarşı göstərdiyi biganəliyi yenə də təkrarlayıblar.

ABŞ-da növbəti qaradərili gənc, polis qəddarlığı nəticəsində öldürülb

Hadisə isə belə baş verib. Aprelin 12-də dörd polis velosiped sürən 25 yaşlı qaradərili Qreyi saxlamaq istəyiblər. Lakin o, polisə qulaq asmayıb və hərəkətinə davam edib. Nəhayət, Qreyi tutaraq həbsxanaya gətiriblər. Burada vəziyyəti ağırlaşan Qrey xəstəxanaya aparılıb və həkimlər ona onurğa fəqərələrinin sınıq diaqnozunu qoyub. Həkimlər komaya düşən qaradərilini ayılda biliblər. Onun üzərində cərrahiyyə əməliyyatı keçirilib. Ancaq həkimlərin səyləri nəticə verməyib. Polis isə sadəcə, rəsmi bəyanatlar verməklə kifayətlənir.

Qətlə yetirilmiş zənci gəncin vəkili isə deyib ki, Qreyin onurğası praktik olaraq sındırılmışdı: "Qrey hər hansı cinayət törətməyib. Hakimiyyət hadisə yerində yerləşdirilən videokameralar tərəfindən çəkilən görüntülərə malikdir".

Qətlə yetirilmiş zənci gəncin vəkili: "Günahkarları məsuliyyətdən azad edəcək versiyalar hazırlayacaqlar"

Vəkil yerli hökumətin həmin videokadrları açmaqdan imntina etdiyini də deyib: "Biz güman edirik ki, polislər Fredin ölüm şəraitini sirr kimi saxlayacaqlar və günahkarları məsuliyyətdən azad edəcək versiyalar hazırlayacaqlar".

Göründüyü kimi, eynilə Ferqüsson hadisələrində məhkəməyə çıxarılan polislər kimi, Baltimor polisləri də işgəncə ilə öldürdükləri qaradərili gənc üzərindəki məsuliyyətlərindən məhz hakimiyyətin köməyi ilə yayınacaqlar və bunu biz deyil, elə həlak olmuş zənci gəncin vəkili deyir.

ABŞ Dövlət Departamenti qarşısına qoyulan dəlil və fakları Azərbaycanı qərəz hədəfinə alan Avropa İtiifaqı, eyni zamanda Böyük Britaniya siyasi dairələrinə qarşı da qoymaq mümkündür

Əgər bu kimi hallar amerikalıların özləri tərəfindən etiraf edilirsə, Azərbaycan mətbuatı da bunu yazırsa, bu zaman Departament sözcüsünün ölkə iqtidarına yönəlmiş "Bizi günahlandırmaq cəhdləri, yaxud ABŞ-a qarşı irəli sürülən ittihamlar onların diqqəti öz situasiyalarından yayındırmaq cəhdidir" ittihamının heç bir əsası dəlili, sübutu yoxdur!

ABŞ Dövlət Departamenti qarşısına qoyulan dəlil və faktları Azərbaycanı qərəz hədəfinə alan Avropa İttifaqı, eyni zamanda Böyük Britaniya siyasi dairələrinə qarşı da qoymaq mümkündür. Çünki həm Aİ ölkələrində, həm də Böyük Britaniyada istər mühacirlərə qarşı göstərilən etinasızlıq, istər irqçilik faktorları, istərəsə də islamofobiya amilləri həddən ziyadə çoxdur. Təkcə məscidlərin yanıdırlması, müsəlmanlara məxsus kvartallarda mənzillərin qarət edilərək, dağıdılması, sosial etirazlar edən insanların poliz zorakılığı ilə həbs olunub, həbsxanalara atılması kimi minlərlə faktlar bu gün də ordadadır.

XİN: "Qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir"

Belə olan halda, istər Rəsul Cəfərov olsun, istərsə də onun kimi digərləri nəyə görə Qərbi bu qədər narahat etməyə başlayıb? Bu sualın cavabı birdir – Azərbaycan get-gedə daha da güclü və qüdrətli ölkəyə çevrilməkdədir. Azərbayca istər Avropanın, istərsə də dünyanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutaraq bu işin öhdəsindən layiqincə gəlir. Azərbaycan həm də müstəqil siyasət yürüdərək, dünyanın, beynəlxalq aləmin mərkəzinə çevrilib. Bu isə əlbəttə ki, ilk növbədə illərdir ki, bu üstünlüklərimizin əldə olunmaması istiqamətində milyardalrla pullar xərcləyən erməni lobbisinin maraqllarını alt-üst edir. Bu baxımdan, məhz erməni lobbisinin pulları ilə danışdırılan Qərb diplomatiyası bu dəfə də fiaskoya uğrayacağını artıq anlamağa başlayıb. Görünür, bu səbəbdən də qərəzini daha da aqressiv tona yönləndirib.

Lakin sonda bir daha Azərbaycan Xarici İşlər Nazirliyinin sözügedən kontekstdəki münasibətini ictimai rəyə xatırladırıq. Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasında qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub: "Qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir".

Beləliklə, görünən fakt budur ki, Azərbaycanda qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub və ölkəmizdə heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Azərbaycan tərəfindən beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərə isə tam şəkildə əməl edilir. Yaxşı olardı ki, Qərb diplomatiyasının siyasi korrupsiyaya bulaşmış ikili standartlı siyasi dairələri özləri öz üzərlərinə götürdükləri öhdəlikləri bir daha nəzərdən keçirsinlər. Əgər erməni lobbisinin onlara xərclənən pullarını sayıb-qurtara biliblərsə…

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər