PDF Oxu

Araşdırma

  • 2 406

Sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır

Sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır
Prezident İlham Əliyev: "Dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb"

Azərbaycanda həyata keçirilən siyasətin ortamüddətli dövrdə əsas perspektiv inkişaf sütunu qeyri-neft sənayesi hesab olunur. Sənayenin bu bölməsi son illər sürətlə inkişaf edir və iqtisadiyyatın əsas milli gəlir gətirən perspektiv sahəsinə çevrilməkdədir. Sənayeləşməninin və indistriual cəmiyyət quruculuğunun yeni modellərinin tətbiq olunması ilə bağlı təşəbbüslərin artması da bu strateji planın tərkib hissəsidir.

Ümumiyyətlə, son illərdə regionlarda istifadəyə verilən müəssiələrin istehsal gücünü artırması və yeni rəqabət qabiliyyətli məhsul buraxılışını həyata keçirməsi sənaye sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına səbəb olub. Qeyri-neft sənayesinin ümumi sənaye məhsulunda isə payı daha çox artıb. Son 5 ildə qeyri-neft sənayesində artım 30 faizdən çox artım qeydə alınıb. Qeyd edək ki, 2015-ci ilin 6 ayında iqtisadiyyat 5,7 faiz artıb və bu, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir. Məhz qeyri-neft sənayesinin əsas inkişaf etmiş sahələri kimi mədənçıxarma, emal, kimya, metallurgiya, yüngül və yeyinti sənayesi, tikinti materialları bölmələri daha çox diqqəti cəlb edir. Eyni zamanda, məlumat üçün bildirilməlidir ki, təsdiq olunmuş proqnoza göstəricilərini Vergilər Nazirliyi 100,2 faiz yerinə yetirilməklə büdcəni 3 milyard 329 milyon manat vəsaitlə təmin edib. Həmin vəsaitin 68,3 faizi və ya 2 milyard 275 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur. Bu da bir daha onu göstərir ki, neft gəlirlərindən asılı olmayan milli iqtisadiyyatın inkişafı üçün güclü zəmin yaradılıb.

Bu mənada, Prezident İlham Əliyev bildirib ki, qeyri-neft sektorunun inkişafı çox sevindiricidir və bu il 9,2 faiz artıb: "Əlbəttə ki, daha çox sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti hesabına. Çünki dövlət sektorunda artımı daha çox enerji sektoru təmin edir. Ona görə sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb".

Hazırda dünyada ən geniş yayılmış iqtisadi ərazi subyekti kimi sənaye texnoloji parkları (texnopark) xüsusi əhəmiyyətə malikdir. İnkişaf etmiş dövlətlər mövcud sosial-iqtisadi problemlərin həllinə, elmi-texniki nailiyyətlərdən daha geniş və səmərəli istifadəyə və bu ölkələrin beynəlxalq əmək bölgüsündə daha fəal iştirakına nail olmaq üçün bu iqtisadi subyektlərin imkanlarından yararlanırlar. Sənaye parklarının yaradılması yeni dövrün tələbləri olaraq meydana çıxmıq iqtisadi zərurətdir. Bu iqtisadi-ərazi subyektləri ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün xarici sərmayənin və mütərəqqi texnologiyaların cəlb olunması, qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi və yayılması məqsədilə yaradılır. Sənaye parkları geniş ərazi sərhədlərinə malik olan və sənaye sektoruna aid fəaliyyət sahələrinin bütün növlərinin cəmləşdiyi bir genişmiqyaslı xüsusi hüquqi rejimi olan ərazi sayılır. Sənaye texnoparkları müasir iqtisadiyyatın əsas kapital tutumlu bölməsi sayılır.

Hazırda Sumqayıtda neft-kimya məhsullarının emalı, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərcikləri və digər texnoparkların yaradılması sənaye texnoparkları layihələrinin genişləndirilməsi üçün başlıca zəmin hesab olunur. Bu baxımdan, hər bir iqtisadi rayonun potensialı nəzərə alınmaqla xususi iqtisadi zonalarının yaradılması və sənaye şəhərciklərinin qurulması üçün müxtəlif iqtisadi təşviqedici və stimullaşdırıcı addımların atılması prioritetlərdəndir. Orta və uzunmuddətli perspektivdə sənayeləşmənin bir çox sahələrinin, o cümlədən texnoparkların yüksək inkişafına impuls vermək üçün vergi güzəştləri ilə yanaşı, digər həvəsləndirici addımların atılması nəzərdə tutulur. Güclü texnopark kompleksləri şəbəkəsinı genişləndirmək üçün investisiyaların artırılması, yeni sənaye mərkəzlərinə investorların cəlb olunması, daha əlverişli biznes mühitinin təmin edilməsi iqtisadi stimullaşdırma vasitələrinin əsas istiqamətlərini təşkil edir.

Məlum olduğu kimi, sənaye texnoparklarının yaradılması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi daşıyır.

Qeyri-neft sənayesi sektorunun güzəştli vergi və gömrük güzəştlərinin tətbiq olunması da olduqca vacibdir. Beynəlxalq təcrübəyə əsasən, bu ərazilərdə vergi rejiminin müxtəlif aşağı dərəcələri tətbiq olunur.

Qeyd edək ki, vergi rejimi yalnız həmin zonada fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə şamil olunur. Azərbaycanda yaradılacaq sənaye parkında da beynəlxalq təcrübəninin tətbiq olunması nəzərdə tutulub. Bu ərazilərdə vergi rejimi ilə bağlı stimullaşdırıcı tədbirlərin tətbiq olunması əsas prioritetlərdəndir. Bir müddət əvvəl Vergi Məcəlləsinə edilmiş son dəyişikliklə əsasən, sənaye texnoparklarına güzəştli vergi rejimi tətbiq olunub. Sənaye texnoparkları əmlak və torpaq vergisindən azad olunub. Bu addım sənayeləşmənin inkişafı ilə bağlı həyata keçirilən sistemli tədbirlərin tərkib hissəsi hesab olunur.

Azərbaycanın yaxın onillikdə qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatların ixracından mövcud asılılığı aradan qaldırmaq və iqtisadi artımın lokomotivi kimi neftdənkənar sahələrin, xüsusilə də,qeyri-neft sektorunun aparıcı bölməsi hesab olunan sənaye sektorunun inkişafını təmin etməkdən ibarətdir. Hökumət qeyri-neft sektorunun inkişaf bazalarından biri kimi sənaye sektoruna daha böyük üstünlük verir. Qarşıdakı onillikdə respublikamızda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tululur. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla iqtisadiyyatın inkişafında xüsusi rol oynayacaq. Xüsusilə də, sənaye texnoparklarının ərazisində yaradılacaq bu müəssisələrin əsas profili ixracyönümlü iqtisadiyyatın stimullaşdırılmasına xidmət edir. Yəni dövlət beynəlxalq standartlarına cavab verən rəqabətqabiliyyətli qeyri-neft sənayesi məhsullarını dünya bazarına ixrac etməklə valyuta gəlirlərini artırmaq niyyətindədir. Hökumət bu məqsədlə yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün əlverişli biznes imkanları yaradacaq, dövlət özü maliyyə dəstəyini gücləndirməklə yanaşı, xarici investorların cəlb olunması üçün bir sıra güzəştləri tətbiq etməyi nəzərdə tutur.

Sənaye texnoparklarının yaradılmasının miqyasının genişlənəcəyini və ölkə sənayesinə çox güclü təkan verəcəyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz bu müəssisələrin tam rentabelli fəaliyyəti nəticəsində beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli məhsulları dünya bazarına ixrac edəcək. Yaxın illər üçün yeni sənaye müəssisələrinin yaradılması iqtisadi siyasətin başlıca istiqamətlərindən biri olacaq. Hökumət bu sahəyə hər il investisiyaları artıracaq, yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün əlverişli biznes imkanları təmin ediləcək.

Sənaye parklarının yaradılmasında da əsas məqsəd bilik və ixtiraların, insan kapitalının milli iqtisadiyyatın inkişafına yönəldilməsindən ibarətdir. Bu gün dünyada keyfiyyətli insan kapitalı uğrunda rəqabət dərin xarakter alıb və insan ən zəngin kapital kimi innovativ inkişafın əsas fundamentini təşkil edir. Elmi bazası, intellektual mülkiyyəti güclü olan dövlətin inkişafı, iqtisadi modernləşmə xətti öz uğurlu nəticələrini verir. Sənayenin innovasiyalar əsasında inkişafının təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi alınması "Azərbaycan - 2020: Gələcəyə baxiş" İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

"Səs" Analitik Qrupu