PDF Oxu

Araşdırma

  • 4 234

İsmayıllıda Turizm İnformasiya Mərkəzi yaradıldı

İsmayıllıda Turizm İnformasiya Mərkəzi yaradıldı

Mərkəz bölgənin turizm potensialı barədə dünyanın hər yerinə ətraflı məlumatlar göndərəcək, sorğuları cavablandıracaq

Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatına neft sektoru tərəfindən gələn gəlirdən daha artıq gəlir gətirə biləcəyi turizmin inkişafını zəruri hesab etməsi real faktlara əsaslanır. Ölkənin yeraltı və yerüstü sərvətləri, mövcud iqlimi, milli-tarixi, mədəni və mənəvi irsi, adət-ənənələri şərtləndirici amillərdir. Bu və digər əsaslar Azərbaycan turizminin inkişafı üçün lazımi şəraitin olduğunu göstərir. Azərbaycanda əlverişli coğrafi mövqe, ümumiyyətlə, turizmin bir neçə növlərinin inkişafına zəmin yaradır. Onu da qeyd edək ki, ölkə ərazisinin 60 faizə qədər dağlıq ərazilərin olması Azərbaycan turizm sektorunun inkişafına meydan açır. Bütün bunlar onu deməyə əsas verir ki, turistlərin il ərizində istirahətinin təşkilində Azərbaycanda hər cür şərait mövcuddur.

Qeyd edək ki, Azərbaycan turizmi müstəqil Azərbaycan dövlətinin yaranması ilə paralel olaraq inkişafdadır. Belə ki, əsası Ulu Öndər tərəfindən qoyulan ənənənin nəticəsi olaraq dövlətin müəyyən etdiyi qərarlar onun davamlı inkişafına səbəb olub. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı olaraq Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət ölkənin bütün sahələrinin inkişafında özünü büruzə verir. Belə ki, Prezidentin sərəncamları ilə "Azərbaycan turizmin inkişafına dair 2010-2014-ci illər Dövlət Proqramı", 2011-ci ili "Turizm ili" elan edilməsi, eləcə də "2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması turizmin sürətli inkişafına təkan verdi.

Turizmin dinamik inkişafı ölkənin iqtisadiyyatının artması deməkdir. Belə ki, turizm ölkə iqtisadiyyatının əsasını təşkil edir. Eləcə də, Azərbaycanın dünyada tanınmasında turizmin inkişafı əsas amildir. Turizm sektorunun inkişafı məqsədilə ölkəmizdə dünyanın ən müasir turizm obyektləri, mehmanxanalar, müalicə mərkəzləri, istirahət mərkəzləri yaradılır. Ekspertlərin fikrincə, Azərbaycan turizmi bu cür inkişaf edərsə, yaxın gələcəkdə öz əhalisinin sayı qədər turist qəbul edə bilər. Bu, təkcə maddi gəlirlə deyil, həm də Azərbaycanın əcnəbilər tərəfindən tanınmasına təkandır.

Ölkədə iqtisadi inkişaf, yenidənqurma və abadlıq işlərinin görülməsi ölkənin daxili potensialı nəticəsində Azərbaycanda turizmin sürətli inkişafına gətirib çıxarıb. Yeni mehmanxana və hotellərin inşası və təmiri dövlət siyasətini həyata keçirilməsində əsaslı rola malikdir. Belə ki, məlum olduğu kimi, ölkəmizdə dünya standartlarına cavab verən 5 beşulduzlu mehmanxanalar istifadəyə verilib, bu da dünyada analoqu olmayan bir hadisədir. Bununla yanaşı, paytaxtımızda yeni dördulduzlu, üçulduzlu hotellər də inşa olunub. Azərbaycanın rayonlarında da bu sahədə işlər görülməkdədəir. Artıq ölkəmizin bölgələrində hotelçiliklə bağlı bir sıra işlər görülmüşdür ki, bu da ölkə turizminin durmadan inkişafını reallaşdıran amillərdir. Bütün bunlar ölkənin mənzərəsinə yeni bir ab-hava gətirir. Bu müasirlik turizm bazarının artmasına da təsirini göstərir. Ölkəmizə səfər edən turistlərin istirahətinin tam təminatı üçün əsas şərtləndirici amillərdəndir. Azərbaycanın gözəl təbiəti var, Xəzər dənizi, gözəl dağları, çayları, meşələri onun böyük sərvətidir.

Azərbaycanın təbiəti, mövcud olan atmosfer ölkəmizin turizm potensialının dünyanın nüfuzlu dövlətlərinin diqqətində saxlayıb. Bu gün beynəlxalq miqyasda nüfuz qazanmış mətbu orqanlarının səhifələrində Azərbaycan reallıqları ilə bağlı dərc olunan məqalələrdə də bu fikir öz təsdiqini tapır.

İstirahət üçün yararlı olan rayonlardakı turizm mərkəzlərinə turistlərini cəlb olunması əsas məsələlərdəndir. Artıq turistlərin ölkəmizə cəlb olunması məqsədilə Tədbirlər Planına əsasən, ölkəmizə səfər edən şəxslərin sayının artırılması üçün onlara göstərilən xidmətini keyfiyyətini yaxşılaşdırılması ilə yanaşı, viza rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair təkliflərin hazırlanması da diqqətdəir. Bütün bunlar turizm sənayesinin inkişafında özünəməxsus rola malikdir.

Bu günlərdə turizm potensialı yüksək olan İsmayıllı rayonunda Turizm İnformasiya Mərkəzinin yaradılması turizmin inkişafına təkanverici amillərdəndir.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində açılan mərkəz bölgədə daxili turizmin inkişaf etdirilməsinə, yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərəcək. Mərkəz, habelə informasiya texnologiyaları vasitəsilə bölgənin turizm potensialı barədə dünyanın hər yerinə ətraflı məlumatlar göndərəcək, sorğuları cavablandıracaq.

Məlumat üçün bildirək ki, İsmayıllı zəngin flora və faunası, habelə turistlər üçün çox maraqlı olan tarixi abidələri ilə məşhurdur. Baş Qafqaz dağ silsiləsinin cənub yamacında yerləşən İsmayıllının ərazisi dağlıqdır. Ərazidən Girdiman, Ax-Ox və Göyçay çayları axır. Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsunkar şəlalələr, habelə rayon ərazisində təbii göllər, irihəcmli sututarlar mövcuddur. Tircan kəndində "Bədo" adlanan sahədə, Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında müalicəvi əhəmiyyətli sular vardır.

Rayon ərazisində turistlər üçün maraqlı olan 233 tarix və mədəniyyət abidəsi mövcuddur. Onlardan biri - Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya əhəmiyyətli, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir. 73 tarix və mədəniyyət abidəsi isə yeni aşkar olunub.

Dövlət qayğısı bölgədə turizmin inkişafında mühüm rol oynayır. Təsadüfi deyildir ki, hazırda İsmayıllıda 22 otel və ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Yaradılan şərait son illər turistlərin sayının artmasına səbəb olub. Təkcə 2015-ci ilin birinci yarısında bölgəyə 21000 turist gəlib. Rayon ərazisində istirahət edənlərin 25-30 faizi xarici turistlərdir. Onların arasında almanlar, ruslar, ingilisdilli əcnəbilər üstünlük təşkil edir.

ZÜMRÜD

Digər xəbərlər