PDF Oxu

Araşdırma

  • 3 239

Azərbaycanda dərmanların qiyməti 2-3 dəfə aşağı salınıb

Azərbaycanda dərmanların qiyməti 2-3 dəfə aşağı salınıb

Prezident İlham Əliyev: "Dərman preparatları bazarının tənzimlənməsi işində biz çox ciddi dönüşə nail olduq və sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək"

Dövlət siyasətinin prioritetini təşkil edən və daim diqqət mərkəzində saxlanılan sosial məsələlər həyata keçirilən mühüm əhəmiyyətli islahatlar nəticəsində həllini tapır. Güclənən iqtisadi imkanlar hesabına sosial öhdəliklər yerinə yetirilir, sosial infrastrukturun yaradılması üçün əlavə vəsaitlər ayrılır. Sosial müdafiənin etibarlı təminatı insanların rifah halını, rahat yaşamasını təmin edən sahə olduğu üçün dövlət tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı xüsusi önəm daşıyır.

Prezident İlham Əliyevin başlıca tövsiyələrindən olan "Dövlət siyasətimizin əsasında vətəndaş amilidir" sözləri də insanlara diqqətin ifadəsidir. Aparılan islahatların nəticəsidir ki, ölkədə sosial problemlərin həlli intensivləşir, əhalinin sosial müdafiəsi sistemi beynəlxalq standartlara uyğun, müasir tələblər səviyyəsində yenidən qurulur. Bu siyasətin nəticəsidir ki, Azərbaycanda yoxsulluq və işsizlik 5 faizə endirilmişdir.

Ölkəmizin modernləşdirilməsinə yönəlmiş sosial-iqtisadi siyasətin təkmilləşdirilməsində strateji sahə olan təhsil və səhiyyənin inkişafına diqqətin artırılması ölkə əhalisi tərəfindən razılıqla qarşılanır. Buna görə də kompleks inkişaf üçün nəzərdə tutulan bütün islahatlarda respublika əhalisinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında vacib hədəflər, səhiyyənin prioritet istiqamətləri, mövcud potensialdan səmərəli istifadə imkanları müəyyənləşdirilir.

Səhiyyənin inkişafına dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsinin mərkəzləşdirilmiş qaydada idarə olunması müsbət nəticəsini göstərir. Əsas həyati vacib dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olması, keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların vahid qeydiyyat sisteminin yaradılması üçün zəruri tədbirlər də görülür. Dərman bazarına lisenziyalaşmamış və aşağı keyfiyyətli preparatların daxil olmasının qarşısının alınması istiqamətində əməli addımlar atılır.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə siyasi, iqtisadi və sosial sahədə görülən işlər barədə açıqlama verən Prezident İlham Əliyevin ən vacib,əhalini düşündürən məsələlərə xüsusi diqqətlə yanaşması vətəndaş amilinə göstərilən qayğının ifadəsidir. Sözü gedən iclasda əsasən sosial sahəni əhatə edən məsələlərin həlli ilə bağlı tövsiyələrini verib, tələblərini qəti şəkildə aidiyyəti orqanlara çatdıran Cənab İlham Əliyev sahibkarlığın inkişafı, vizaların verilməsi, turizmin inkişafında əsas məsələ olan və ölkə vətəndaşlarının səmərəli istirahəti üçün nəzərdə tutulan otellərin, aviabiletlərin qiymətlərinin tənzimlənməsi, hiss olunan yüksək tariflə bağlı problemlərə aydınlıq gətirdi. Diqqətçəkən mühüm məsələ isə Prezident İlham Əliyevin dərman bazarında mövcud olan "biznes", tibbi preparatların qiymətlərindəki uyğunsuzluğun aradan qaldırılması ilə bağlı qəti tələbləri və tapşırıqları oldu.

Daim sözünün sahibi olan Prezident İlham Əliyevin bu vədi də özünü zamanında doğrultdu. Ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanan dərman bazarında yeni qiymət tarifinin reallaşması ilə bağlı aparılan islahatlara start verildi. "Hesab edirəm ki, sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır. Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər. Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə özbaşınalıq yoxdur. Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. İstəyirəm Azərbaycan ictimaiyyəti bunu bilsin. Bu məsələ də daim diqqət mərkəzində olacaq." Söyləyən Prezident İlham Əliyevin tələbləri nəzərdə tutulan müddətdə həllini tapdı.

"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" Azərbaycan RespublikasıTarif (qiymət) Şurasının 2015-ci il 30 iyul tarixli 5 nömrəli Qərarında dəyişikliklər edilməsi və bununla bağlı əlavə tədbirlər haqqında"kı qərarına əsasən, ümumilikdə elan olunmuş 25 təsiredici maddə üzrə 1057 adda dərman vasitəsinin qiymətləri bazar iqtisadiyyatının tələblərinə uyğun tənzimlənib. Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq satışda 46 faiz dərman vasitələrinin qiymətləri 2 dəfədən, 24 faiz dərman vasitəsinin qiymətləri 3 dəfədən çox ucuzlaşıb. Bütövlükdə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb. Məhz iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr edilmiş müşavirədə bu sahədə görülən işlərə toxunan Prezident İlham Əliyev bir daha qeyd edib ki, dərman preparatları bazarının tənzimlənməsi işində biz çox ciddi dönüşə nail olduq və sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin orta hesabla 2-3 dəfə aşağı salınması təmin edilibdir.

Bir sözlə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi çox əhəmiyyətlidir. Çünki ilk növbədə, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşmasını təsir edəcək qiymət tənzimlənməsi dövlətimizin ölkə vətəndaşlarına qayğısı kimi qiymətləndirilir. Bu cür tənzimləmə satışa çıxarılan dərmanların keyfiyyət baxımından daha səmərəli olmasına da şərait yaradacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər