PDF Oxu

Araşdırma

  • 1 963

Münasibətlərin pozulması Rusiya iqtisadiyyatını çökdürə bilər PROQNOZ

Münasibətlərin pozulması Rusiya iqtisadiyyatını çökdürə bilər PROQNOZ

Fərhad Mehdiyev: "Dollar enməyə davam etsə, bu, Rusiyaya münasibətdə türklərin xeyrinə olacaq"

"Mövcud vəziyyətdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən heç nə gözləmək mümkün deyil". Bu fikirləri SİA-ya politoloq Fərhad Mehdiyev iki ölkənin prezidentlərinin İsveçrədə gözlənilən görüşlərinin ehtimal olunan nəticələrini şərh edərkən deyib.

"Diqqət yetirsək görərik ki, son günlər cəbhə xəttində vəziyyət gərgindir, digər bir tərəfdən də Rusiyanın ATƏT-dəki nümayəndəsi Türkiyəni destruktiv olmaqla suçlayıb"-deyə politoloq qeyd edib ki, görüşlər öncəsi arxa fon olduqca gərgindir: "Belə şəraitdə bu görüşün mənası ancaq belə izah oluna bilər ki, bir neçə günlük cəbhədə sakitçilik ola bilər vəssalam".

"Rusiya PKK ya daha müasir silah ötürməyin yollarını axtaracaq"

Politoloq Rusiya-Türkiyə münasibətləri fonunda Rusiyanın Türkiyədə fəallaşan PKK terror təşkilatına dəstək verməsi mümkünlüyünə də toxunub: "Bəli, Rusiya PKK ya daha müasir silah ötürməyin yollarını axtaracaq. Məsələ budur ki, hər cür silahı da vermək olmur, bəzi hallarda isə kimin verdiyini ümumiyyətlə bilmək olmur. Məsələn, PKK-ya "İqla" tipli "yer-hava" raketləri verilsə, həmin silahın kimin tərəfindən ötürüldüyü təbii ki, bəlli olacaq".

"Türkiyə bu cür dəstəyi türkmanlara verə bilmir"

Fərhad Mehdiyev Suriya türkmanlarının kürd silahlılarına qarşı çıxması iddialarına da münasibət bildirib. O, qeyd edib Suriyada PKK yoxdur: "Orada YPG var və türkmanlar onlarla müharibə edə bilməzlər. Çünki türkmanların təchizatı və dəstəyi çox zəifdir. Eyni zamanda, YPG sayı daha çoxdur və daha güclüdür və onlara Rusiya tərəfindən də dəstək verilir. Təəssüf ki, Türkiyə bu cür dəstəyi türkmanlara verə bilmir".

"Rusiya üzləşəcəyi iqtisadi böhrandan sonra Türkiyə ilə barışıq niyyətini ortaya qoyacaq"

Politoloq daha bir amilə də toxunaraq deyib ki, Türkiyə Rusiyann son təzyiqlərinə çox dözə bilməyəcək: "Belə ki, Türkiyə son məqamda Rusiyadan üzr istəməli olacaq. Beləlkilə, Türkiyə ya üzristəmə yoluna gedəcəkdir, ya da ki, neftin kəskin ucuzlaşması konteksində Rusiya üzləşəcəyi iqtisadi böhrandan sonra Türkiyə ilə barışıq niyyətini ortaya qoyacaq. Yəni Türkiyə Rusiyanın böhrandan çıxması üçün daha bir barışıq mövqeyi sərgiləyəcək, Rusiya isə bunu qəbul edəcək. Əgər dolların qiyməti enməyə davam etsə bu Türkiyə- Rusiya münasibətlərində Türklərin xeyrinə nəticə verəcək".

sia.az

Digər xəbərlər