PDF Oxu

Araşdırma

  • 1 897

Mərkəz sədri: “Bölgəmiz üçün real təhdidlər ortaya çıxa bilər” AÇIQLAMA

Mərkəz sədri: “Bölgəmiz üçün real təhdidlər ortaya çıxa bilər” AÇIQLAMA

"Son illərdə Yaxın və Orta Şərqdə cərəyan edən hadisələrin coğrafiyasının genişləmə ehtimalı hər zaman vardı və nəhayət gərginlik digər bölgə dövlətlərinə də sıçradı. Son zamanlarda bölgədə İran-Səudiyyə Ərəbistanı münasibətlərində gərginlik artır. Gərginliyin səbəbi S. Ərəbistanın şiə din alimi Nimra an-Nimranın edam edilməsi kimi görünsə də, əslidə bu deyil, əsl səbəb Suriya və bölgəyə nəzarət uğrunda gedən geosiyasi mübarizədir". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.Onun sözlərinə görə, məzhəb ayrılığının bu münaqişədə ön plana çıxarılması da ayrı bir taktikadır, bu, dini duyğuların qabardılması ilə tərəflərin müttəfiq arayışından başqa bir şey deyil: "Əslində S. Ərəbistanı Suriyada Bəşər Əsəd rejiminin devrilməsini istəyir, İran isə hər vəchlə buna qarşı çıxır və Rusiya ilə birlikdə hərəkət edir. Bəzi təhlilçilər İŞİD terror təşkilatının S. Ərəbistanı tərəfindən dəstəkləndiyii bildirirlər, bu müəyyən qədər doğrudur, amma maraqlı olan S. Ərəbistanın bölgədə terrorizmə qarşı mübarizədə İslam koalisiyasını qurmağa çalışmasıdır.Bölgədə yaşanan gərginlik və İran- S. Ərəbistanı böhranının dinamikası yüksələn xətt üzrə inkişaf edir. Tərəflər böhrana soyuqqanlı münasibət göstərməsələr, bunun silahlı münaqişəyə dönmə ehtimalını diqqətdən qaçırmaq olmaz. Ümumən Yaxın və Orta Şərqdə yaşanan təhlükəsizlik problemi hələlik bölgəmizə birbaşa deyil, dolayısı ilə təsir edir. Ancaq İran-S. Ərəbistanı arasında gərginlik artaraq hərbi əməliyyatlar ilə nəticələnərsə bu zaman vəziyyət əlbəttə ki, dəyişir".O əlavə edib ki, ümumiyyətlə, son illərdə Yaxın və Orta Şərqdə yaşanan siyasi və təhlükəsizlik böhranı coğrafiyasını genişləndirir: "Belə davam edərsə və İran-S. Ərəbistanı böhranı nümunəsində olduğu kimi problemin əsl mahiyyətini kənarda qoyub, məzhəb qarşıdurması olduğu ön plana çıxarılarsa, bu zaman bölgəmiz üçün müəyyən real təhdidlər ortaya çıxa bilər".

sia.az

Digər xəbərlər