PDF Oxu

Araşdırma

  • 2 039

Azərbaycan multikulturalizm və tolerantlıq prinsiplərinə sadiqdir

Azərbaycan multikulturalizm və tolerantlıq prinsiplərinə sadiqdir

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir

Prezident İlham Əliyev: "Biz bundan sonra da çalışacağıq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində öz həllini tapsın, - necə ki, bu, bu gün belədir, - regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin"

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edildiyi kimi, tarixi İpək Yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Etiraf etmək lazımdır ki, Azərbaycan sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən respublikamız sosial-mədəni-humanitar sahələrdə dünyaya açılan məkandır. Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan, dialoqdan çox asılıdır. Çünki humantiarizm multikulturalizm deməkdir, başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Humanitar inteqrasiya bütün xalqları birləşdirir, sülh şəraitində dostluğa və qardaşlığa doğru meyilləndirir.

İqtisadi inkişafın yeni mərhələsinə daxil olan Azərbaycan artıq dünyada təkcə zəngin neft-qaz ölkəsi kimi deyil, həm də, sivilizasiyalararası dialoqa mühüm töhfə verən, beynəlxalq humanitar forumlara ev sahibliyi edən, tolerantlığın mərkəzinə çevrilən ölkə statusunda qəbul olunur. Respublikamız bu gün dünyanın 50-dən artıq ölkəsinə yanacaq ehtiyatlarının təchizatçısı kimi nüfuz sahibi olmaqla yanaşı, iqtisadiyyatın diversifikasiyası sayəsində potensial sərmayəçi kimi də diqqəti cəlb edir. Azərbaycan, həmçinin, regionda sabitləşdirici faktor rolunda çıxış edərək bölgənin təhlükəsizlik seqmentlərini formalaşdırır.

Azərbaycan neft ölkəsi kimi inkişaf etsə də, iqtisadi və sosial həyatın bütün sahələrindəki dinamika, modernləşdirmə epoxiyası, yüksək sivilizasiya ənənələrinin formalaşması və inkişafı, humantiar aksiyaların ənənə halını alması bu ölkənin hərtərəfli, dünya sivilizasiyasına mühüm töhfə verdiyini göstərir. Azərbaycan dünyanın zəngin humanitar mərkəzi, sivilizasiya məkanı hesab olunur. Azərbaycanın Avropa arenasında özünü, həqiqətən də zəngin mədəni ənənələrə malik ölkə kimi təqdim etdiyini xatırladır və bildirir ki, ölkədə nəhəng quruculuq işləri paytaxtın və bölgələrin simasını dəyişdirib. Azərbaycan əsil Avropa ölkəsi kimi sivilizasiya mərkəzidir, hər il burada müxtəlif beynəlxalq forumlar təşkil olunur, dünyanın ən nüfuzlu iqtisadi və siyasi təşkilatlarının sammitləri keçirilir. Bu faktorlar Azərbaycanın nüfuz göstəricisidir.

Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir.Multikulturalizm ölkələrin qarşılıqlı hörmət və sıx əməkdaşlıq mühitinin yaranmasında vacib bir amilə çevrilib. Azərbaycan multikulturalizmə böyük önəm verir və son iyirmi il ərzində müstəqil ölkə kimi həyata keçirilən siyasətin əsas təməllərindən biri də məhz dünya ölkələri ilə humanitar əməkdaşlığı gücləndirməkdən ibarət olub. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi multikulturalizmdən çox asılıdır. Çünki multikulturalizmin alternativi özünütəcriddir. Özünütəcrid isə mənfi fəsadlara yol açan meyillər sayıla bilər. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir.

Son illərdə Bakıda keçirilən beynəlxalq humantiar forumlar da məhz dünya ölkələrinin əsas müzakirə mövzusu multikulturalizmlə bağlı olub. Hər bir ölkə bu formulu gələcək üçün mühüm bir siyasi-ideoloji xətt sayır, multikulturalizmlə bağlı yeni çağırışları ortaya çıxarıb. Bu gün Azərbaycanın bütün qitə ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri var. Respublikamız müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən sarsılmaz dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkə kimi formalaşıb. Müxtəlif qitələrin kəsişməsində yerləşən Azərbaycan həm də müxtəlif mədəniyyətlərin mövcud olduğu və qovuşduğu müqəddəs bir torpaqdır. Həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi, üstəlik, formalaşmış və əsrlərin sınağından çıxmış ənənələri baxımından respublikamız dünya mədəniyyətlərini bir araya toplamaq haqqını qazanıb. Ona görə də, mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirəndə, bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin Azərbaycanda reallaşdırıldığı təsadüfi olmadığını görmək olar. Azərbaycan bir dostluq atmosferi yaratmaqla, hamını öz evində humanitar birgəliyə dəvət edir. Hər bir ölkə üçün xeyirxah olduğunu nümayiş etdirir. Həmçinin, dünyanın inkişaf etmiş ölkələrinin rəhbərlərinin Bakıda bir araya gəlməsi və qlobal maliyyə böhranı ilə bağlı qabaqlayıcı sərt tədbirlərin həyata keçirilməsi barədə öz təkliflərini irəli sürməsi, dünya iqtisadiyyatını canlandırmaq barədə paket tədbirlər sssenarisinin ortaya qoyulması Bakının ən qlobal məsələlərin həll olunduğu ünvana çevrildiyini şərtləndirir.

Respublikamız hazırda mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq təqdim olunur. Bu mənada Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, bu il Bakıda mötəbər beynəlxalq tədbir - Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək: "Bu, dünya miqyasında çox böyük beynəlxalq tədbirdir. BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən tədbirlərdir. Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Bilirsiniz ki, Bakıda ənənəvi humanitar forumlar keçirilir. Mədəniyyətlərarası dialoq forumları bir neçə dəfə keçirilmişdir. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi, doğrudan da, həm bizə verilən böyük qiymətdir, həm də bizim üçün böyük şərəfdir. Azərbaycan sivilizasiyalararası dialoqun genişlənməsi üçün əlindən gələni edir. Əfsuslar olsun ki, getdikcə bu iş daha da çətinləşir... Biz nə qədər çalışsaq da, əfsuslar olsun ki, sivilizasiyalararası dialoqu daha az görürük. Biz daha çox sivilizasiyalararası, dinlərarası anlaşılmazlıq, inamsızlıq və toqquşmalar görürük. Ancaq biz bu yoldan dönməyəcəyik.

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq. Biz bunu özümüz üçün edirik. Əlbəttə, çox istərdik ki, başqa ölkələr də bizim təcrübəmizdən istifadə etsinlər. Başa düşsünlər ki, dinlərarası münaqişə fəlakətə gətirib çıxarır. Başa düşsünlər ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə yaşaya bilərlər, normal qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər, necə ki, Azərbaycanda yaşayırlar. Əlbəttə, biz bundan sonra da çalışacağıq ki, ölkə daxilində bütün bu məsələlər sağlam zəmində öz həllini tapsın, - necə ki, bu, bu gün belədir, - regionda və dünyada dinlərarası, sivilizasiyalararası dialoq daha da dərinləşsin".

"Səs" Analitik Qrupu

Digər xəbərlər