PDF Oxu

Araşdırma

  • 2 621

"Sahibkarlar Günü"nü - Prezident İlham Əliyevdən iş adamlarına hədiyyə

"Sahibkarlar Günü"nü - Prezident İlham Əliyevdən iş adamlarına hədiyyə

Cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə "Sahibkarlar Günü"nün təsis edilməsi dövlətin sahibkarlara olan diqqət və etimadının yüksək nəticəsidir

Məlum olduğu kimi, ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, "Sahibkarlar Günü" təsis edilib.

Dövlət başçısı İlham Əliyev tərəfindən belə bir addımın atılması cəmiyyətdə böyük rəğbətlə qarşılanmaqla yanaşı, sahibkarlığın inkişafına böyük stimul kimi dəyərləndirilib. Çünki Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərini təşkil etməkdədir.

Sirr deyil ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Dövlət başçısı sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 10 ildə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılıb.

Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl sektorun inkişafına dövlət qayğısı nəticəsində sahibkarların sayı sürətlə artır, ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr açılır, ölkə iqtisadiyyatına investisiya qoyuluşu genişlənir. Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq, uğurla fəaliyyət göstərirlər.

Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı müxtəlif dövlət proqramları da mövcuddur. Dövlət, eyni zamanda, sahibkarlara müxtəlif vasitələrlə dəstək göstərir, onların maddi ehtiyaclarını ödəyir, mühüm layihələr həyata keçirməklə, bu sahəyə davamlı olaraq yardımlar edir. Sahibkarlığın inkişafında ən mühüm rol oynayan proqramlardan biri və sahibkarlıq sektorunda strateji inkişaf konsepsiyası kimi qiymətləndirilən regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarını xüsusi olaraq qeyd etmək olar. 2004-cü ildən icrasına başlanılan bu mühüm dövlət konsepsiyaları çərçivəsində sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması ilə bağlı çoxmiqyaslı işlər görülüb.

Prezident İlham Əliyevin imzaladığı "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı da azad sahibkarlığın daha geniş inkişaf etdirilməsini nəzərdə tuturdu. Sənəddə ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə müvafiq orqanlar qarşısında vəzifələr müəyyən edilib. Başlıca məsələlərdən biri hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün yeni qaydaların hazırlanmasından ibarətdir. Bundan başqa, tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedurların sadələşdirilməsi nəzərdə tutulur. Həmçinin, yeni tədbirlər çərçivəsində korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması ilə əlaqədar mühüm mexanizmlər tətbiq olunacaq.

Ümumilikdə, bütün bu tədbirlərin əsas qayəsi sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin sürətləndirilməsindən ibarətdir.

Prezident İlham Əliyev ölkəmizin müasir inkişaf platformasının əsas meyarlarından biri kimi idarəetmənin çevik və şəffaf mexanizmlər əsasında aparılmasını vacib hesab edərək, bu seqmentlərin sahibkarlıq-biznes sektorunda da təmin olunmasını əsas tələblər kimi qarşıya qoyub. Onun bəyan etdiyi kimi, korrupsiya ilə mübarizə tədbirlərinin böyük bir sahəsi sahibkarlıq sektoru ilə bağlıdır. Ötən dövr ərzində sahibkarlıq fəaliyyətilə məşğul olan hüquqi şəxslərin qeydiyyatının sadələşdirilməsi, Mülki Məcəllənin müddəalarına əsasən, hüquqi şəxslərə dair dövlət reyestrinin açıq elan edilməsi lisenziyalaşdırmanın yaxşılaşıdırılması da biznes mühitinin şəffaflaşdırıldığını göstərir.

Azərbaycan Prezidentinin sahibkarlara olan yüksək münasibəti qarşılıqlı etimad və etibara söykənir. Dövlət başçısı sahibkarları iqtisadiyyatın lokomotivi hesab edərək, milli inkişafın aktiv qüvvəsi kimi müasir çağırışlara hazır olmağa, mübarız, qətiyyətli və neqativ hallara qarşı barışmaz olmağa səsləyir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər