TEZİS ƏSASINDA
Yaxud Daniel Kalinqaert adlı ermənipərəst ünsür niyə Azərbaycanı hədəfə alır?
Bildiyimiz kimi, "Freedom Hosue" adlı beynəlxalq hüquq-müdafiə təşkilatı (fəaliyyəti qeyri-hökumət təşkilatı əsasındadır-R.R.). artıq uzun müddətdir ki, Azərbaycanı qərəzli, şantajçı və böhtançı səviyyəsində hədəfə alaraq, Qərbin, xüsusilə, ABŞ siyasi dairələrinin erməni lobbisi ilə əlbir olan dairələrinə xidmət göstərir. Ümumiyyətlə, "Freedom House" təşkilatının daim Azərbaycanı qərəzli formada hədəf seçməsi və ölkəmizə qarşı böhtan xarakterli hesabatları yayması birinci hal deyil. Söz yox ki, bu gün Azərbaycanın demokratik mühitinə, inkişaf və tərəqqisinə, iqtisadi uğurlarına, dünyanın siyasi arenasında özünəməxsus yer tutmasına, ali tribunalarda söz sahibinə çevrilməsinə qarşı qısqanclıqla yanaşan birinci tərəf Ermənistandır. O da sirr deyil ki, bu gün dünyanın bir çox ölkələrinə səpələnmilş ermənilər yaratdıqları güclü lobbiləri vasitəsilə Azərbaycana qarşı çoxsaylı cəbhələr açaraq, ölkəmizin demokratiya sahəsində və s. sahələrdə əldə etdiyi uğurları kölgədə qoymağa cəhdlər göstərirlər. Bu işlərdə erməni lobbisi ilə əməkdaşlıq edən bir çox beynəlxalq təşkilatlar siyasi korrupsiya və rüşvət amilindən yararlanaraq, hazırkı məqamda da həmin çirkin fəaliyyətlərini davam etdirməkdədirlər. Ümumiyyətlə, "Freedom Hoouse"nin də bu sıralamada ilk yerlərdən birini tutması sirr deyil. Eyni zamanda, erməni lobbisindən aldıqları maliyyə axını vasitəsilə yararlanan həmin təşkilatlar siyasiləşmiş yerli QHT-lərlə, dağıdıcı müxalifətə məxsus medialarda çalışan jurnalistlərlə, siyasi partiya təmsilçiləri ilə sıx əlaqələr yaradıb, bundan faydalanmağa səy göstərirlər. Yəni bu da faktdır və həmin faktların hələ çox cüzi hissəsinə nəzər salmağımız yetər ki, adıçəkilən qurumun dövlətçilik maraqlarımıza qarşı hansı münasibətdə olmasını bir daha gölzərimizlə görək.
"Freedom House" Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab etmir, onu bütün hesabatlarında (hər il!-R.R.) "müstəqil respublika" kimi göstərir - faktlar və dəlillər
Məsələn, "Freedom House" təşkilatının Azərbaycanı həmişə Ermənistandan, hətta qondarma "Dağlıq Qarabağ Republikası"ndan demokratik azadlıqların səviyyəsinə görə geridə göstərən qərəzli hesabatları əksəriyyətə tanışdır. "Freedom House" Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab etmir, onu bütün hesabatlarında (hər il!-R.R.) "müstəqil respublika" kimi göstərir. BAX: (http://freedomhouse.org/report/freedom-world/2013/nagorno-karabakh#.U5WnqPl_uls )
Əlbəttə ki, bu təşkilatın subyektiv rəylərini Azərbaycanda çoxdan qeyri-ciddi və sifarişli hesab edirlər. Dəfələrlə "Freedom House"un ABŞ-dakı erməni lobbi təşkilatları, erməni seperatçıları və Ermənistandakı siyasi hakimiyyət ilə sıx əlaqələri, birgə fəaliyyətləri üzə çıxıb. Bu təşkilatın "Qarabağ siyasi biznesi"ndən çoxlu pullar qazandığı, siyasi korrupsiya vasitəsilə kapital toplaması da şübhəsizdir. Ümumiyyətlə, "Freedom House" QHT-sinin ABŞ-ın rəsmi strukturlarına gizli bağlılığı, əslində, o qədər açıqdır ki, bunu adi təyinatlarla da müşahidə etmək mümkündür. BAX: (http://freedomhouse.org/content/kramer-david-j#.U5GyMfl_uls).
Prezident İlham Əliyev: "Freedom House" ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır"
Beləliklə, əbəs yerə deyil ki, Prezident İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən, bu qurumun fəaliyyətini əsaslı şəkildə ifşa etmiş, qərəzçilikdə, şər və böhtan atmaqda ittiham etmişdi. "Freedom House" ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır"- deyə vurğulamış ölkə başçısı, həmçinin, qeyd etmişdi ki, uzun illər bu qurumun rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub. SİTAT: "Deyim ki, "Freedom House"un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın bu sənəddə qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir".
Beləliklə, dövlət başçımızın irəli sürdüyü hər bir fikri kifayət qədər dolğun, əsaslı və dəlillərə söykənir. Təkcə, yuxarıda qeyd edilən linklərdəki sübutlara nəzər salmaq kifayət edir.
"Freedom House"nin məqsədinin, niyyətinin hansı istiqamətdə olması bir daha tam çılpaqlığı ilə sübuta yetirilib. O cümlədən, əgər nəzərə alsaq ki, adıçəkilən qurumun rəhbərlik instansiyalarında təmsil olunduğu bir vaxtda Azərbaycana qarşı aşkar düşmənçilik mövqeyi sərgiləyən, eləcə də, bu qurumun prezidenti Daniel Kalinqaertdən heç də fəqrlənməyən Kramer ABŞ-ın Dövlət Departamentindən də qovulub, bu zaman istər onun, istərsə də digər təmsilçilərin, necə deyərlər, hansı yuvanın quşu olduqları növbəti dəfə aşkarlanır.
Əli Kərimli və Cəmil Həsənli cütlüyü Daniel Kalinqaertlə eyni komandadadır!
"Freedom House"nin istər təmsilçiləri tərəfindən nümayiş olunan şəxsi həyasızlıqları, istərsə də bu qurumun ümumi mövqedəki göstərdiyi siyasi həyasızlığı bu gün də davam edir və görünür, onlara daha sərt tonda cavabların verilməsinin zamanı çatmışdır. Məsələ ondadır ki, adıçəkilən qurumun prezidenti Daniel Kalinqaert erməni lobbisindən aldığı 100 minlərlə dollar korrupsiya pullarından o qədər şirnikləşib ki, Azərbaycana qarşı həyasızlıq mövqeyini daha da dərinləşdirib. Məsələn, ölkə rəhbərimizin yuxarıda qeyd edilən çıxışının ardınca, bu aşkar erməni müdafiəçisi növbəti bəyanatını səsləndirib və bildirib ki, "Freedom House" Azərbaycanla bağlı çalışmalarını (???!!!-R.R.) davam etdirəcəkmiş. Ən maraqlısı isə budur ki, bu gün ermənilərlə eyni komandada çalışan, erməniçilik mövqeyini aşkar (!!!-R.R.) şəkildə büruzə verən "Freedom House"nin anti-Azərbaycan mövqeli "qəhrəmanlığı" hazırda AXCP sədri Ə.Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetində, saytında və "Azadlıq" radiosunun "azadlıq.org" saytında geninə-boluna reklam edilir. İstər Ə.Kərimlinin özü, istərsə də onun "Milli Şura"dakı ipli kuklası rolunu almış Cəmil Həsənli ermənipərəst qurumun hesabat və bəyanatlarından ən azı ermənilər qədər sevinir, dəstəkləyir və bunun davamlı olmasını istədiklərini bəyan edirlər. Məhz bu faktın özü də artıq nəyin hansı yerdə olmasını təsdiq edir.
Sonda isə yaxşı olardı ki, "Freedom Hosue"nin prezidenti erməni lobbisindən pul alması barədə hesabat versin və ermənipərəst ünsür Daniel Kalinqaert Azərbaycanı hədəfə almasına görə, bu dəfə nə qədər maliyyənin şəxsi bank hesabına ötürüldüyünü açıqlasın. Əgər bunu etsə, "Freedom House", bəlkə uzun illərə söykənən fəaliyyəti dövründə ilk dəfə demokratik addım atmış olardı...
Rövşən RƏSULOV