Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata kecirilən "Gəlincik" adlı layihənin bağlanış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Bəyim Məmmədli gənclərə layihənin əhəmiyyəti barədə ümumi məlumat verib və layihənin məqsədini, layihə ərzində keçirilən təlimlərin mövzularını bir daha iştirakçıların diqqətinə çatdırıb. Daha sonra təlimçi Zaur Quliyev iştirakçıları salamlayaraq, erkən nikahların hüquqi cəhətdən yolverilməz olduğunu və erkən nikahlarla bağlı maarifləndirmə işlərini, mütəmadi olaraq, həyata keçirilməsinin vacibliyin qeyd edib. Daha sonra layihə iştirakçısı olan gənclərin movzu ilə əlaqədar verdiyi suallar cavablandırılıb və tədbir ümumi müzakirə formatında davam etdirilib. Layihə ərzində əldə olunan biliklərin gələcək işlərində tətbiq olunması iştirakçılara tövsiyə edilib. Sonda isə istirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.
Samir