PDF Oxu

Araşdırma

  • 5 079

Marginallaşmış və zəhər buraxan antimilli ünsürlər Azərbaycanı ləkələməyə cəhd göstərirlər

image

Prezident İlham Əliyev: "Ölkəmizdə fəaliyyət göstərən "beşinci kolon" və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar"

2016-cı ildə qlobal miqyasda cərəyan edən iqtisadi və maliyyə böhranı Azərbaycana da təsirsiz ötüşməmişdir. Böhranlı vəziyyət neft bazarlarında da vəziyyəti ağırlaşdırmış, hətta "qara qızıl"ın qiymətini iki dəfədən artıq aşağı salmışdır. Belə bir halda, əlbəttə ki, Azərbaycanın da gəlirlərində azalmalar müşahidə edilmişdir. Lakin sevindirici hal ondan ibarətdir ki, Azərbaycan dünya böhranından ciddi zərər çəkmədi. Yəni Avropanın bir ölkələrinə baxanda, bu gün də maaşlar, pensiyalar, təqaüdlər vaxtlı-vaxtında verilir, sosial layihələr ixtisar edilmir, yaxud sosial sahələr üçün nəzərdə tutulan vəsaitlər dövlət borclarının bağlanmasına sərf edilmir. Eyni zamanda, Azərbaycan hökuməti böhranın təsirlərini zəiflətmək və inkişaf tendensiyasının bərpası məqsədilə kompleks islahatlar da həyata keçirməyə başlamışdır. Təsadüfi deyildir ki, 2016-cı ili "islahatlar ili" də adlandırırlar. Məhz görülən tədbirlərin nəticəsidir ki, makroiqtisadi sabitlik qorunub, qlobal iqtisadi-maliyyə böhranının təsirlərinə, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkədə adekvat korreksiya siyasəti həyata keçirilib.

Azərbaycan rəhbərliyinin düzgün siyasətinin nəticəsi olaraq, "Fitç Reytinqs", "Standart and Puers", "Mudis" beynəlxalq agentliklər ölkəmizin investisiya və kredit reytinqlərini sabit saxlayıblar. Eyni zamanda, Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış hesabatda Azərbaycan 138 ölkə arasında 37-ci yerdə qərarlaşmışdır. Buradan da görünür ki, son 10 il ərzində Azərbaycan 32 pillə irəliləmişdir.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə qarşısına qoyduğu vəzifələri yerinə yetirib, mühüm vəzifələr həyata keçirilib. Əlbəttə ki, bütün bunlar əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin uğurlu şəkildə şaxələndirərək davam etdirməsi nəticəsində mümkün olmuşdur.

Lakin o da unudulmamalıdır ki, bugünkü uğurlarımız ağrısız-acısız olmamışdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonrakı 2 il ərzində çox böyük sarsıntılar keçirdi. Torpaqları işğal edildi, etnik-milli parçalanma astanasında durdu, sosial-iqtisadi kollaps dövrü yaşadı. Bütün bunlar heç bir zaman yaddan çıxarılmamalıdır. Elə Prezident İlham Əliyev də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə çıxışı zamanı bildirib ki, AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində, ölkəmiz çox ağır problemlərlə üzləşmişdi: "Şuşa, Laçın, Kəlbəcər rayonları işğal altına düşdü. Beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. AXC-Müsavat cütlüyü ölkənin ərazi bütövlüyünü müdafiə etmək əvəzinə, Azərbaycanda vətəndaş müharibəsinə start verdi. Gəncəni bombalayırdılar. Orada torpaqlar əldən gedirdi, bunlar da burada öz laxlayan hakimiyyətini saxlamaq üçün Gəncə şəhərini bombalayırdılar. Əlbəttə ki, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilməzdi, cəmi bir il dözə bildi və 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi".

Təbii olaraq xalqın Ulu Ööndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsi gələcəyə olan ümidləri yaşatdı və zaman keçdikcə, bir daha anladıq ki, səhv etməmişik. Məhz yuxarıda söylədiyimiz uğur faktları bir daha isbatladı ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. İstər iqtisadiyyat, istər sosial, istər siyasi, istərsə də hərbi sahədə Azərbaycan geniş uğurlar qazanmaqdadır. Bu gün Azərbaycanın sürətlə inkişaf etməsi və Cənubi Qafqazın iqtisadiyyatının, maliyyə kütləsinin böyük hissəsini əlində cəmləşdirməsi, eyni zamanda, ən güclü ordusuna sahib olması ölkəmizi cazibədar aktor kimi beynəlxalq münasibətlər sisteminin gündəsinə gətirir. Həm daxili, həm də xarici siyasətdə rasionallığın və praqmatikliyin hökm sürməsi Azərbaycanın əldə etdiyi uğurların davamlı olmasına səbəb olur. Bütün bunlar Azərbaycanın dostlarının sayının artmasına və xalqımızın rifahının yüksəlməsinə səbəb olursa, eyni zamanda, düşmənlərimizin sayının da çoxalmasına impuls verir. Çünki kreativ və intellektual xalqımız tarixin istənilən dövründə dövlətçilik ənənələrini yaşadıb və reallaşdırıb. Amma bu, həm xarici, həm də daxili düşmənlərimizin heç də maraqlarına uyğun olmadığından, dövlətimiz və xalqımız müxtəlif təxribatlarla qarşılaşmışdı. Elə bu gün də eyni ssenari davam etdirilir və antiazərbaycançı mərkəzlərin dəstəyilə radikal müxalifət təxribatlar törətməyə cəhdlər göstərir. Özünü müxalifət adlandıran bir qrup radikallar Azərbaycanı ləkələməyə və uğurlarımıza kölgə salmağa cəhdlər göstərir.

Məsələ ilə bağlı çıxışında "əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən "beşinci kolon" və xüsusilə, bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar" söyləyən Prezident İlham Əliyev deyib ki, onlar çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər: "Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı o antimilli ünsürləri 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda, oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür, əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz. Ancaq çalışırlar ki, bizim inkişafımızı, dövlətimizin uğurlarını, ordumuzu ləkələsinlər. Bizim ordumuz keçən il göstərdi ki, nəyə qadirdir və Azərbaycan Ordusu işğal edilmiş torpaqları hər an azad etməyə qadirdir. Ordu quruculuğunun təməlini Heydər Əliyev qoymuşdur. Biz isə onun davamçılarıyıq, bu yolla gedirik və ordumuz üçün nə lazımdırsa, onu da edəcəyik".

"Səs" Analitik Qrupu

Digər xəbərlər