PDF Oxu

Araşdırma

  • 3 310

Dünyanı düşündürən sual: Ukraynada müharibə olacaqmı? ANALİTİK+AKTUAL

image

Və ya Moskva ilə Vaşinqtonun konfrontasiyası kollektiv Qərbin Rusiyaya qarşı münasibətində dəyişiklərə səbəb ola bilərmi?

Moskva ilə Vaşinqtonun konfrontasiyası fonunda növbəti məqamları qeyd etmək olar – Rusiya bir daha kollektiv Qərbin ayrı-ayrı fraqmentlərinin dərin təhlilini apardı. Xüsusilə, “təhlükəsizlik zəmanəti” mövzusundan o da aydın göründü ki, sözügedən məsələ aktuallaşdıqca vəziyyət daha da gərginliyə doğru inkişaf etdi. Hətta Qərb Vaşinqtonun timsalında bu və ya digər formada Rusiyaya “təhlükəsizlik zəmanətini” verməsə, onda bu presedentdən Çin istifadə edəcək, özü də qarşıdurma atəşinə odunlarını atmaqla və alovu gücləndirmək məqsədi ilə. O cümlədən, Çin BMT-nin Təhlükəsizlik Şurasındakı mövqeyindən istifadə etməklə Moskva-Vaşinqton qarşıdurmasında vasitəçi rolunu da ala bilər. Əlbəttə ki, öz geosiyasi səmərələrinə zəmanətlər əldə etməsi mexanizmini işə salması sayəsində.
Rusiya Normand formatının ölkələri ilə dialoqa getməyə başlayıb
Bu arada, Rusiya cərəyan edən olaylar fonunda, daha dəqiq desək, ABŞ-la dil tapa bilmədiyi üçün NATO-nun nəhəng üzvləri – Normand formatının Almaniya və Fransa kimi ölkələri ilə dialoqa getməyə başlayıb. Yəni Rusiya gündəmi bir neçə yerə bölüb:
1. Minsk razılaşmalarını Normand formatı üzərindən inkişaf etdirilməsi
2. Ukraynanın və Gürcüstanın Almaniyanın və mümkündür ki, Fransanın vasitəçiliyi ilə qısamüddətli perspektivdə NATO-ya üzvlükləri
3. ABŞ-la birgə sərhədlər yaxınlığında raketlərin yerləşdirilməməsi və qarşılıqlı inspeksiyaların aparılması.
Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bi məsələni üçüncü dərəcəli olaraq qiymətləndirmişdi. Halbuki, Ukrayna əsasən ABŞ-ın patronajlığı ilə Qərbdən hərbi və maliyyə dəstəyi almaqdadır. Üstəlik, kollektiv Ukraynanın hesabına Qərb Rusiyaya öz təsir imkanlarını maksimum şəkildə tətbiq edir.
Türkiyə dialoq mühitini yaratmaqla böyük müsbət işarəsini qazana bilər
Bu olaylar çərçivəsində NATO-nun digər əsas üvlərindən olan Türkiyənin də fəaliyyətini vurğulamaq olar. Belə ki, Ankara Rusiya-Ukrayna dialoqunun təşkil edilməsi və vasitəçiliyi istiqamətində ev sahibi rolunu almağa daim hazır olduğunu bəyan edib. O cümlədən, Türkiyə yaxşı bilir ki, əgər dialoq mühitini yaradarsa və mövcud situasiya həllini tapmasa belə, savaş təhlükəsi az da olsa kənarlaşdırılarsa, həmin məsələ Ankaraya böyük müsbət işarəsini verəcək. Yəni Türkiyə beynəlxalq məsələlərdəki mövqelərini Moskva-Vaşinqton münasibətləri vasitəsi ilə möhkəmləndirmək şansını əldə edir.
Hələlik, qarşılıqlı müharibə şantajları nəticələr vermir və vəziyyət yalnız iqtisadi qarşıdurma məcrasında öz təsirlərini göstərir
Lakin tərəflərin qarşılıqlı müharibə şantajları hələ ki, nəticələr vermir və ümid edək ki, nəticələr verməyəcək. Vəziyyət isə yalnız iqtisadi qarşıdurma məcrasında öz təsirlərini göstərir. Rusiyaya qarşı sanksiyalar artırılır, amma Moskva sanksiyalara elə də əhəmiyyət vermir. Xüsusilə, Qərb Rusiya qazının kəsiləcəyindən bərk ehtiyat edir.Ancaq məsələ geosiyasi məcraya doğru inkişaf edirsə, Rusiya dərhal “düşmən qapının ağzındadır” siqnalını verməyə başlayır.Onu da xatırlada bilərik ki, yaxın zamanlarda Pekində Rusiya prezidenti ilə Çinin baş katibinin görüşləri gözlənilir və məhz bu görüşdən sonra Kreml hansı yolla gedəcəyini dəqiqliklə müəyyənləşdirəcək: ya maksimum planı üzrə hərbi və iqtisadi müdaxilə sayəsində insan itkilərini verməklə, ya da minimal plan üzrə Qərbin fraqmentli araşdırmasını dərinləşdirməklə, yaranan sualları ayrı-ayrılıqda, sülh yolu ilə həll etməklə.

Rövşən RƏSULOV

Digər xəbərlər