Yaxud, İrəvanın anti-Türkiyə meylləri yenidən artmağa başlayıbsa
Son vaxtlar Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması fonunda maraqlı və diqqət çəkən olaylar müşahidə olunmaqdadır. Daha doğrusu, münasibətlərin normallaşmasına mane olan ştrixlər istər hakimiyyət daxilindən, istərsə də müxalifət cinahndan üzə çıxmağa başlayır. Hətta Ankaranın bir sıra güzəştlərə gedərək İrəvan üçün təyyarə-sərnişin reyslərni açması da situasiyanın normallaşmasına müsbət təsirlərini göstərmir. Ölkədə anti-Türkyə xarakterli çıxışlar, bəyanatlar get-gedə artmağa başlayır.
Sosial şəbəkələrdə və KİV-lərdə sərnişin reyslərindən istifadə edən ermənilər demək olar ki, xalq düşməni kimi qələmə verlməyə başladılar, təhqir edildilər
Ümumiyyətlə, təyyarə resyslərinin açılması başlayar-başlamaz sadə erməni vətəndaşlarının bundan yararlanmaları Ermənistanda birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə və KİV-lərdə sərnişin reyslərindən istifadə edən ermənilər demək olar ki, xalq düşməni kimi qələmə verlməyə başladılar, təhqir edildilər. Bu fonda Türkiyəni “erməni xalqının soyqırımını həyata keçirən düşmən dövlət” olaraq gördüklərini bəyan edən siyasi dairələrin bir qanadının məhz haimiyyət tərəfindən idarə olunduğunu aşkar etmək isə heç bir çətinlik yaratmır. Daha dəqiq desək, İrəvan bu vasitə ilə Ankaraya nə qədər “çətin seçim” qarşısında qaldığını nümayiş etdirməyə çalışır, münasibətlərin normallaşdırılması üçün Türkiyənin də Ermənistan qarşısında siyasi vədlər verməsini istəyir, yəni bu kimi vasitələrlə təsir mexanizmini tətbiq etməyə səy göstərir. Halbuki, Türkiyə uzun illərdir heç bir diplomatik əlaqələri olmayan Ermənistana daha əvvəldən belə br tələb irəli sürmüşdü ki, İrəvan qondarma erməni soyqırımı iddialarından əl çəkməli, habelə ərazi iddialarını (Ağrı dağı faktoru və s.) da birdəfəlik gündəlikdən çıxarmalıdır.
Ermənistanda hansı qüvvələrin iqtidarda olmasına baxmayaraq, bu ölkənin siyasətinə güvənmək, etibar etmək olmaz
Maraqıdır ki, fevral və ya mart aylarında Türkiyənin Antaliya şəhərində keçirilməsi gözlənilən Türkiyə-Ermənistan görüşləri haqqında məlumatlar yayılar-yayılmaz ilk əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın və hökumət nümayəndələrinin Türkiyəyə səfər edəcəkləri, hətta vaxtının da dəqiqləşdirilməsi barədə informasiyalar verildi. Amma sonradan məhz hökumət KİV-ləri həmin məsələnin gündəmdə olmadığını bəyan etdilər. Bu faktoru diqqətə alsaq bir daha əminliklə deyə bilərik ki, Ermənistanda hansı qüvvələrin iqtidarda olmasına baxmayaraq, bu ölkənin siyasətinə güvənmək, etibar etmək olmaz. Bu xüsusda biz Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərə verdiyi müsahibəsi zamanı səsləndirdiyi bəyanatını xatırlada bilərik və həmin fakt özünü müxtəlif məsələlərdə və zamanlarda kifayət qədər təsdiq edib, hazırda da etməkdədir.Təkcə Serj Saqrsyanın ölkəsinə rəhbərlik etdiyi vaxtlarda Ermənistanla Türkyə arasında yaranmış və “futbol diplomatiyası” adını almış məsələni xatırlamaq kifayət edər ki, İrəvanın son anda geriyə addım armasını müəyyən edəsən.
Cavuşoğlunun bəyanatı bu gün də qüvvəsindədir!
Onu da qeyd edə bilərik ki, Türkiyənin qardaşı və müttəfiqi – Azərbaycan 44 günlük müharibədən sonra bu ölkənin Ermənistanla münasibətlərini normallaşdırmasına heç bir etiraz sərgiləmir və əksinə, sərhədlərin delimitasiyası və demarkasiyası prsosesinin uğurla başa çatacağı halda Bakının da İrəvanla münasibətlərini normallaşdıracağı vurğulanır. Amma bu dəfə də İrəvanın inadkar və cığal, hətta qisasçı davranışları sözügedən proseslərin yoluna qoyulmasına ciddi, təhlükəli əngəllər yaradır. Bu baxımdan, Türkyənin xarici işlər naziri Çavuşoğlunun bəyanatını xatırlatmaq olar. O, bildirmişdi ki, əgər Azərbaycan Türkiyənin Ermənistanla münasibtlərinin normallaşdırılması yönündəki cəhdlərinə yenidən son qoyulmasını istərsə Ankara qardaşının istəyini yerinə yetirəcək – yəni prosesə son qoyulacaq. Hələlik Bakı Ankaraya belə bir istəyinin olmadığını nümayiş etdirib amma Ermənistandakı anti-Türkiyə, anti-Azərbaycan, eləcə də regional təhlükə meylləri artmağa başlarsa hər an sözügedən qərarın verilməsini gözləmək olar. Təəssüf ki, Ermənistan özünün kirli məqsədlərini bu və ya digər oyunbazlıqları ilə həyata keçirməyə davam edir.
İrəvanın “agent” ovu, yoxsa teatr tamaşası?
Bu günlərdə isə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin guya “agent” ovuna çıxaraq 19 nəfəri saxlaması və dolayısı ilə həmin şəxsləri Türkiyəyə (eləcə də Azərbaycana) işləyən agentlər kimi təqdim etməsi cəhdi kənardan teatr tamaşasına daha çox bənzəyirdi. Və bu olay həm də belə deməyə zəmin yaradır ki, İrəvanın məqsədi tamamilə başqadır. O da əbəs deyil ki, İrəvan münasibətlərin normallaşdırılması prosesində “heç bir şərt irəli sürməmək prinsipi” ilə bəyanatlar səsləndirsə də həmin bəyanatların sadəcə görüntü məqsədli olduğu açıq-aydın müşahidə edilməkdədir.
Gələn il Türkiyədə prezident seçkiləri keçiriləcək – anti-Türkiyə gücləri fəallaşır...
Yeri gəlmişkən, İrəvanın prosesi gecikdirməsi cəhdi həm də Türkiyədə gələn il keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Sirr deyil ki, qardaş ökənin siyasi gündəmində öz sözlərini deyən hakim AK Parti və MHP koalisiyası bu seçkilərdə də prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəklər və bu gün ölkənin müxalifət cinahında yer alan CHP, İYİ və digər solmeylli partiyalar hər vəchlə buna mane olmağa səy göstərir və əslində müxtəlif xarici güclərin dəstəyi ilə Türkiyənin regional gecə çevrilməsinə qarşı olduqlarını nümayiş etdirirlər.
PKK meylli HDP-yə dəstək göstərən hansı dairələrdir?
Həmçinin, bu kimi partiyalar uzun illərdir ölkədə qan tökmüş, bu gün də qanlı əməllərini davam etdirən PKK-ya qarşı heç bir radikal etirazlar etmirlər. Əksinə, parlamentdə PKK-ya meyilliyi və dəstəyi ilə seçiən HDP-yə, onun liderlərinə necə deyərlə qahmar çıxırlar. Belə olan halda, HDP-dəki PKK dəstəkli deputatların əksəriyyətinin həm də ermənipərəst olduqlarını xatırlatmaq mümkündür. Bu zaman qarşımıza belə bir mənzərə çıxır: regional gücdən beynəlxalq gücə çevrilən, Türkiyəni dünyanın ən nüfuzu dövlətləri sırasına qatan, dünya siyasətində Türk kimliyini və milli dəyərlərini mühafizə edən, bu dəyərləri siyasətinin ali baxışı kimi görən hakim AK Partinin və MHP-nin xarici siyasət, iqtisadiyyat, hərbi sənaye və s. uğurları bilavasitə PKK meylli, o cümlədən, erməniçilik loyallıqları ilə seçilən digər müxalifət partiyaları tərəfindən hər vəchlə alınmağa çalışılır. Üstəlik, buraya FETÖ gülənçilərini də əlavə edərsək, həmin qüvvələrin qardaş ölkəyə qarşı nə qədər ziyanlı olduqları qənaətinə gələ bilərik. Sözsüz ki, Ermənistan da məhz bu kimi hallardan öz kirli məqsədləri üçün yararlanmağa hər an hazırdır və yəqin ki, həmin qüvvələrlə gizli iş birliklərinin olduğunu da istisna etmək olmaz.
Ankaranın belə vəziyyəddə boş dayandığnı düşünmək sadəlöhvlük olardı
Beləliklə, bütün bu fon və kontekstlər çərçivəsndə Ermənistanda anti-Türkiyə xarakterli siyasətin gündəmdə qaldığını əminliklə deyə bilərik və belə olan vəziyyətdə Ankaranın boş dayandığını düşünmək sadəcə sadəlöhvlik olardı. Regionda və dünyada analoqu olmayan birlik və qardaşlıq mücəssəməsini təsdiq edən Türkiyə-Azərbaycan münasibətləri isə hər şeyə rəğmən, bütün əngəllərə baxmayaraq öz yolundadır və Ermənistanın etimadsızlıq addımları yalnız İrəvanın ziyan tapacağı ilə nəticələnə bilər. Əlbəttə ki, belə davam edərsə...
Rövşən RƏSULOV