Yaxud, bir addım “irəli” on addım geri!
Azərbaycanla İran arasında azad edilmiş Şərqi Zəngəzur ərazilərimizdən İrana, oradan Naxçıvana və Türkiyəyə yol açacaq nəqliyyat infrastrukturu haqqında imzalanan memorandum ilk əvvəl onu sübut edir ki, rəsmi Bakı regionda öz gündəmini irəlilətmək niyyətində qərarlıdır və onun həm maliyyə, həm də təşkilatçılıq resursları kifayət qədər boldur.Lakin ən əsası, qonşu regionların milli maraqları ilə öz maraqlarını əlaqələndirmək, uzlaşdırmaq reallığı da Azərbaycan dövlətinin yüksək səviyyəli xarici diplomatik gedişləri ilə seçilməkdədir. Daha dəqiq desək, Prezident İlham Əliyev regiondakı münasibətlər fonunda praqmatizm və qarşılıqlı səmərə atmosferini yarada bilən strateq kimi tanınmaqdadır.
Ermənistanın inandkarlığı isə əlbəttə ki, çox yaxın vaxtlarda nəinki dövlətin özünə, həm də erməni xalqına ciddi zərbələr endirəcək – istər iqtisadi, istərsə də digər cəhətlərdən...
Beləliklə, il yarımdır ki, Azərbaycan Ermənistandan kommunikasiyaların blokadadan çıxarılması, nəqliyyat dəhlizinin açılması ilə bağlı cavab gözləyirdi. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan gah Zəngəzur dəhlizinin adı ilə bağlı prosesi uzadır, gah “dəhliz” ifadəsinin üçtərəfli bəyanatda yer almadığını deyir, gah dəhlizin açılacağı halda vergi-gömrük nəzarəti haqqında bəhs edir, gah da müəyyən olunmamış sərhədlərdə qoşunların güzgüvari şəkildə geri çəkilməsi, hətta regiona xarici sülhməramlı kontingentlərin cəlb olunması tipli sərsəm ideyalarını ortaya atması ilə əslində həmin bəyanatın tələblərini pozmaqla məşğul olurdu. Paşinyan bir addım irəli atdığını sanarkən, on addım geriyə doğru sürüşdüyünün fərqinə belə vara bilməyib.Təbii ki, belə iddiaları ilə erməni cəmiyyətində də eyni halı yaradan Paşinyan son anda “xalq bunu istəmir” bəhanəsi ilə çulunu sudan quru çıxarmağa cəhdlər göstərirdi. Halbuki, məhz Rusiyanın vasitəçiliyi ilə dəhlizin açılması yönündə dövlətlərarası komissiya da yaradılmışdı, üstəlik, görüşlər də keçirilmişdi. Və bütün bunlar son anda əhəmiyyətiz oldu, Ermənistanın inandkarlığı isə əlbəttə ki, çox yaxın vaxtlarda nəinki dövlətin özünə, həm də erməni xalqına ciddi zərbələr endirəcək – istər iqtisadi, istərsə də digər cəhətlərdən...
Paşinyan İlham Əliyevin qarşısında növbəti dəfə diz çəkərək yalvaracaq, proses də məhz buna doğru inkişaf edir
Nəticədə Azərbaycan özü üçün prinsipial məsələni həll etmək yolunu tapdı: quru yolu ilə Naxçıvana, oradan isə Türkiyəyə çıxmaq, özü də Ermənistan üçün kommunikasiyaları açmaq öhdəliyini daşımamaq imkanlarına sahib olması ilə!İndi, məhz İranla mühüm memorandum imzalandıqdan sonra inadkarlığı və sərsəm ideyaları sayəsində özünü tələyə salan Paşinyan İlham Əliyevin qarşısında növbəti dəfə diz çəkərək yalvaracaq, proses də məhz buna doğru inkişaf edir. Beləliklə, tələyə düşən İrəvan Bakıdan nə istəyə bilər?İlk növbədə İrana və Rusiyaya gedən dəmir yollarının öz ərazilərindən keçməsini, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək mümkünlüyünü. Bütün bunlarla yanaşı, Azərbaycan Prezidenti Ankaraya səfəri zamanı Türkiyənin dövlət başçısı ilə Naxçıvandan Qarsa gedəcək dəmir yolunun inşası prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər. Bu layihə isə Ermənistanın Gümrü şəhərindən Türkiyənin Qars şəhərinə çıxışını mənasız edir, ya da həmin layihə Türkiyə üçün ikinci, hətta üçüncü dərəcəli məsələyə çevrilir.Beləliklə, daha bir mümkün ehtimal budur ki, gələcəkdəki Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması Ermənistanın Azərbaycanla münasibətlərindən asılı vəziyyətdə olacaq. Və ən əsası! Əgər əvvəllər Ermənistan üçün kommunikasiyaların açılması Zəngəzur dəhlizinin isrifadəsi qarşılığındakı şərtlərə bağlı idisə, bundan sonrakı şərtlər ayrı cür olacaqlar - ərazi bütövlüyümüzün tanınmasını qətiləşdirən sülh sazişi!Onu da qeyd edək ki, Prezident İlham Əliyev hazırkı dövrə qədər Ermənistana dəfələrlə xəbərdarlıqlar ünvanlayıb və bu xəbərdarlıqlar İrəvanı yalnız iqtisadi dalana dirəmir, yaxud, tələyə salmır, həm də digər tərəfdən güc tətbiq etmək imkanlarımızı da gündəmdə saxlamaqdadır və söz yox ki, Azərbaycanın istənilən qərarına başqa hər hansı dövlət qarşışa bilməz.
Və daha bir əsas yarandı – Laçın dəhlizi faktoru!
Başqa tərəfdən, Ermənistan öz lüzumsuz inadkarlığı ilə Rusiyanı da pis ayaqda qoyub. İlk növbədə, Zəngəzur dəhlizi məsələsinin gündəmdən çıxması Rusiyanın təhlükəsizlik təminatçısı rolunu aradan qaldıırır. Üstəlik, Rusiyanın Cənubi Qafqaz Dəmir Yolları konserninin regiondakı rolu da azalır. Daha dəqiq desək, artıq belə bir nəticə də hasil edə bilərik ki, Rusiya Ermənistanın sərsəm indkarlığı sayəsində üçtərəfli bəyanatdakı bəndlərin realizəsini təmin edə bilmədi və daha bir əsas yarandı – Laçın dəhlizi faktoru!Artıq bütün bunlardan sonra Laçın dəhlizi mövzusu yenidə aktuallaşır, çünki Zəngəzur dəhlizi məsələsinə son qoyulur. Artıq müvafiq məsələ yalnız Azərbaycan-Rusiya formatında həll olunacaq və çox yəqin ki, qısa müddətdə. Məhz belə bir mənzərədə Azərbaycan nümayiş etdirir ki, o bundan sonra çox gözləməyə həvəsli deyil. İrəvanın lazımsız kaprizləri Ermənistana baha başa gələcək. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı ilə görüşü zamanı prioritet gözləntilərini xüsusilə vurğuladı: Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması və kommunikasiyaların açılması. Artıq ikinci məsələdə Azərbaycan prinsipial şəkildə öz qərarını verdi və qeyd edilən İran-Azərbaycan memorandumu buna bariz sübutdur.
İrəvan ağıllı tərpənsə qatarın sonuncu vaqonuna çata bilər...
İndi isə qalır erməni silahlılarının Qarabağ regionunu tərk etmələri – seçim yenə də Ermənistandadır və Bakının bu məsələdə də gözləməsi, səbr etməsi mümkünsüz görünür. İrəvan bu şərtlərə əməl etməzsə, Lamın dəhlizinin qapıları bağlanır. Dövlət başçımız Brüsseldə səfərdə olarkən və Paşinyanla görüşərkən bu xəbərdarlığı da onun diqqətinə çatdırmışdı.Nəticə olaraq isə qeyd edə bilərik ki, artıq yeni nəqliyyat dəhlizində İran və Türkiyə deyil, həm də Rusiya ilə Çin də maraqlıdır. Ermənistanın isə iştirakı böuyük sual altında qalır. Bu baxımdan, Ermənistanın rəhbərliyi nəinki regiondakı yeni reallıqları qəbul, yaxud dərk etməlidir, həm də sonrakı ağır vəziyyətinin daha hansı fəlakətlərə sürüyəcəyi haqqında düşünməlidir. Ona görə də, İrəvanın Bakının tələblərinə riayət etməkdən başqa çarəsi də yoxdur, ağıllı tərpənsə qatarın sonuncu vaqonuna çata bilər...
Rövşən RƏSULOV