PDF Oxu

Araşdırma

  • 9 767

Quru sərhədləri niyə açılmır? - ARAŞDIRMA

image

Rusiya iyulun 15-dən quru sərhədlərinin açılacağını qeyd etmişdir. Lakin buna baxmayaraq, Azərbaycandan Rusiyaya quru yolu ilə getmək işləməyəcəyinə dair qərarlar üzə çıxdı. Çünki Azərbaycan hələ də quru sərhədlərini kilid altında saxlayır.Üstəlik, yeni fərmana əsasən, iyulun 1-dən Naxçıvan Muxtar Respublikasının Sədərək və Culfa gömrük-sərhəd keçid məntəqələri sərnişinlərin daşınması üçün iki ay müddətinə bağlandı. Dövlət Sərhəd Xidmətindən (DSX) həmçinin bildirilmişdir ki, Nazirlər Kabinetinin 20 iyun tarixli 232 nömrəli qərarına əsasən, yükdaşıma, quru nəqliyyatı ilə ölkə ərazisinə giriş-çıxış istisna olmaqla, sərhəd sentyabrın 1-dək bağlıdır və daşınması dayandırılır.Quru sərhədini bağlamaq bir ölkəyə nə qədər başa gəlir və bundan kimə sərf olunur?

Azərbaycanın COVID-19 pandemiyası səbəbindən quru sərhədlərini açmaması şübhə doğurur.Yoluxanların sayı son vaxtlarda çox olsa da , bir neçə ay öncə vəziyyət sabit idi. Ümumilikdə və dünyada bir çox ölkələrdə COVID-19 ilə bağlı məhdudiyyətlər aradan qaldırılır. Bununla belə, Azərbaycan da daxil olmaqla bir sıra ölkələr quru sərhədlərini bağlı saxlamağa davam edir” deyən o, virusun hava sərnişinləri arasında yayılmaması ilə bağlı öhdəlik götürmədiyini bildirir.Əgər bu virusla əlaqəli olsaydı, o zaman uçuşlar da dayandırılmır? Beləliklə, COVID-19-un bununla heç bir əlaqəsi yoxdur. Lakin tez-tez deyilən təhlükəsizlik məsələləri ilə bağlıdırsa, bu izahat istənilən məntiqə ziddir. Bu mülahizələrə görə, yenə də hava hərəkəti də bağlanmalıdır.Quru sərhədlərin bağlı olması həm də sərhəd ticarətinə və turizmə ziyan vurur. Bundan başqa, vətəndaşlara maddi ziyan vurur.Məsələn, Gürcüstanla həmsərhəd rayonlarda yaşayan və bu ölkəyə getməyə ehtiyacı olan insanlar cəmi 10 manata başa gələcək Azərbaycan-Gürcüstan sərhədini keçmək əvəzinə vaxt itirməyə, ciddi xərclər çəkməyə məcbur olurlar. Bakıya gedib oradan Tiflisə uçan təyyarə ilə (Bir tərəfli biletin qiyməti 105 Avro - təqribən.red.). Eyni şey İranla sərhəd bölgələrdə yaşayan vətəndaşlara da aiddir. Onlar Tehrana uçmaq üçün yenidən Bakıya getməlidirlər.Bəlkə, həqiqətən də sərhədi bağlı saxlamaq üçün tutarlı səbəblər var. Belə olan halda sərhədlərin açılmamasının səbəbini vətəndaşlara heç olmasa həzm oluna bilən izahat vermək lazımdır.
Kifayət qədər nformasiya çatışmazlığı şayiələr doğurur və bu, nəinki zərər gətirir, həm də vətəndaşların narazılığını artırır.
Milli Məclisin deputatı Ziyafət Əsgərov SİA- ya açıqlamasında qeyd edir. Quru sərhədlərin bağlı olması sırf pandemik vəziyyətlə bağlıdır. Bununla bağlı cənab prezident də məlumat verib və vətəndaşlarımızın sağlamlığı bizim üçün daha önəmlidir. Sözsüz ki, bunun müəyyən iqtisadi çətinlikləri var, iqtisadi problemlər yaransa da, sağlamlıq naminə sözü gedən çıxış yollardan istifadə etməliyik. Statistikaya görə təəssüf ki, son vaxtlar yoluxanların sayında artım çoxalır.Nazirlər Kabineti bununla bağlı qərar qəbul etmişdir. Operativ qərargahın qərarı ilə noyabrın 1-ə qədər karantin rejimi yenə uzadılmışdır. Hansı cəhətdən analiz etsək, müəyyən qədər yan təsirləri var. Quru sərhədləri açsaq, bu qədər gediş-gəlişin artması təbii xəstəliyə yoluxanların sayında da özünü göstərəcək.Koronavirus pandemiyasının ilk dövrlərində sərhədlərin bağlanması məqbul və məqsədəuyğun bir tədbir idi. Belə ki, yeni, tip virusla səmərəli tibbi mübarizə vasitələri yox idi. Ona görə də həmin dövrdə inzibati məhdudiyyət və qadağaların tətbiqini, o cümlədən sərhədlərin bağlanmasını normal hal hesab etmək olar.
Bu sözləri isə millət vəkili Qulamhüseyn Əlibəyli deyib. Lakin indiki şəraitdə Azərbaycanın quru sərhədlərinin bağlı saxlanmasının ağlabatan izahını tapmaq çətindir. Bir tərəfdən əhalinin böyük əksəriyyəti koronavirusa qarşı peyvənd olunub və bu, yenidən yoluxma risqini əsaslı şəkildə azaldır. Digər tərəfdən isə, Azərbaycana gələn hər bir şəxsdən peyvənd pasportu və ya testdən keçmək tələb olunur ki, bu da potensial virus daşıyıcılarının ölkəmizin ərazisinə daxil olmasının qarşısını almağa yönəlik bir tədbirdir. Üçüncü bir tərəfdən hava sərhədləri açıqdır və istənilən şəxs peyvənd pasportu və ya testin mənfi nəticəsə haqqında sənədi təqdim etməklə qanunvericiliklə müəyyən olunmuş qaydada ölkəmizin ərazisinə daxil ola bilər. Belə çıxır ki, şəxs təyyarə ilə ölkəmizin ərazisinə gələndə potensial virus daşıyıcısı olmur, lakin qatar, avtobus və minik maşını ilə gələndə təhlükəli virus daşıyıcısına çevrilir. Eyni zamanda müəyyən şərtlər daxilində quru sərhədlərini fərdi qaydada keçmək imkanı nəzərdə tutulur. Bu yaxınlara qədər Türkiyə ilə quru sərhəddi də açıq olub.Bu gün əksər ölkələr quru sərhədlərini birtərəfli qaydada açıblar. Belə şəraitdə Azərbaycanın quru sərhədlərini bağlı saxlaması bir o qədər də məntiqi görünmür və hakimiyyət təmsilçiləri bunun səbəbləri barədə birmənalı izahat verməkdən yayınırlar. Görünür, pandemiyaya qarşı apardıqları mübarizəni yetərli hesab etmirlər və quru sərhədlərini bağlı saxlamaqla işlərini bitmiş hesab edirlər. Ona görə də quru sərhədlərinin nə vaxta qədər bağlı qalacağını proqnozlaşdırmaq çətindir.
Milli Məclisin deputatı Fazil Mustafa isə qeyd edir ki, quru sərhədlərin bağlanması son illərdə baş verən xəstəlikdən daha çox başqa ölkələrdə baş verən müharibənin təsiri ilə olubdur . Buna görə də yaxın gələcəkdə bunun nə zaman açılacağını söyləmək çətindir. Amma burda hesab edirəm ki bütöv mənada sərhədlərin bağlanması yanlış bir addımdır. Ona görə ki, burda müxtəlif kategoriyadan olan insanlara güzəştlər tətbiq olunmalıdır. Onların xarici ölkələrə gedib gəlməsinə şərait yaratmalıdır. Birinci növbədə xəstələr, onları müşahidə eləyən şəxslər, ikinci isə tələbələr, müəllimlər və hər hansı bir şəkildə xaricdə vacib iş prosesini gərçəkləşdirən iş adamları . Bütün bunların işini məhdudlaşdırmaq işsizliyin ölkədə böyüməsinə və yoxsullaşmaya səbəb olur. Ona görə də mütləq mənada sərhədləri bağlamaq olmaz. Turizm, və digər sahələrdə bunu nəzərə ala bilərlər ki, çox adam getməsin yoluxma olmasın .Amma elə kateqoriyalı insanlar var ki, onlar ümüdlərini ancaq bu vaxta dikiblər və birdən birə yollar bağlı olanda onlar çox ağır vəziyyətdə qalırlar. Ona görə də yaxın zamanlarda sərhədlərin açılması ehtimalı böyük deyil.Quru sərhədləri məsələsi dövlət əhəmiyyətli bir problemdir. Dövlətimizin, vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı olan məsələdir. Hamımız arzu edirik ki, quru sərhədlərimiz tez açılsın. Bu, gediş-gəliş üçün çox problemlər yaradır. Ona görə də, zərər verən bir prosesdir. Ancaq dünyada baş verən müəyyən hadisələr var: Bu həm pandemiya ilə həm də başqa məsələlərlə bağlıdır. Yəqin ki, dövlət bunların hamısını nəzərə alır, götür-qoy edir və buna uyğun lazım olan tədbirləri görür. Doğrudur, gediş-gəliş çətinləşib, bir çox problemlər yaranıb, amma təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirmək lazımdır. İndi Gürcüstanda da, Türkiyədə də yeni yayılan xəstəliyin işarələri artıb.

Havar Şəfiyeva

Digər xəbərlər