PDF Oxu

Köşə

  • 3 049

Gözləmə, qorxma, soruşma… -KÖŞƏ

image

Lalə Mehralı

Onu estradanın ən təvazökar siması kimi xarakterizə edirlər. Qeyri-adi istedada, nadir xarizmaya malik və eyni zamanda, təəccüblü dərəcədə təvazökar bir insan – Müslüm Maqamayev. Heç vaxt ulduz xəstəliyinə yoluxmadı, heç vaxt ədəbini pozmadı, heç vaxt efirə və dincəyiciyə hörmətsizlik etmədi. Maqomayevin səsi hansı ölkədən gəldisə, hansı sarayda konsert verdisə anşlaqla keçdi. Sovet İttifaqı ölkələrinin hər biri onu öz oğlu bilirdi. Müslüm oxuyurdusa bütün səslər kəsilirdi, Müslüm oxuyurdusa insanlar böyük hörmətlə dinləyirdi.

Müslüm Maqomayevin 20-ci əsrin ikinci yarısının sovet səhnəsinin ən səs-küylü və əfsanəvi sənət adamı idi. Onun konsertləri konsert saraylarında olanda yer tapılmırdı, stadionlarda olurdu konsertləri. Minlərlə insan stadionlara toplaşırdı və record sayda albomları satılırdı. Hələ 20 yaşında Helsinkidə keçirilən Ümumdünya Tələbə Festivalında laureat oldu. Məhz bundan sonra onun haqqında “dünyanı fəth edən səs” kimi danışmağa başladılar.

Onun möcüzəsi nədə idi? Cavab sadədir - tembrdə. Maqomayevin vokal aləmində tayı-bərabəri olmayan tembrə malik yüksək diapazonlu lirik baritonu var idi. Vokalın kralı məhz kişi baritonudur, baxmayaraq ki, bütün dünyada tenorun əsas səs olduğu barədə hələ də israrlı və yanlış fikir mövcuddur. Məsələ burasındadır ki, başqa səslərə xas olmayan o məxməri güc baritonun özündədir. Bariton, dinləyəndə maxsimal hissi reaksiyanı oyandıran ən uyğun səs tonudur. Müslüm Maqomayevin insan orqanizmində aktiv rezonansa səbəb olan nadir tonu vardı. Bu səs tonu gənc Müslüm aristokratioyası ilə vəhdəddə dahi Maqomayevi yaratdı.

Təbii ki, Müslüm Maqomayevin dinləyici anlamında da bəxti gətirmişdi. Onu dinləyənlər ən azı onun qədər aristokrat ruhlu və əsl sənətdən anlayanlar idi. Təsəvvür edirsiniz? Milyonlarla əsl sənət aşiqi. Onu dinləyənlər ədəbi, hörməti, pərəstişi ilə Müslüm Maqomayevi daha da ucaltdılar. Bir sözlə, Müslüm bu dünyaya lazım olan anda gəldi və bununla da adını tarixə yazdırdı.

İnsanlar Müslüm Maqomayevi səmimi qəlbdən sevirdilər. Sadə insanlar, məmurlar, SSRİ rəhbərliyi onun sənətinə sitayiş edirdi. SSRİ-nin o vaxtkı dövlət başçısı Leonid Brejnev Maqomayevin yaradıcılığına pərəstiş edirdi. Azərbaycanın ümummilli lideri Heydər Əliyev onu hətta “oğlum” adlandırırdı.

Müslüm Maqomayev öz həyat prinsipini belə ifadə edirdi: “Gözləmə, qorxma, soruşma”. Onun bütün yaxşı xüsusiyyətlərinin yanına inanılmaz dərəcədə zəhmətkeş olması da əlavə edilir. Şöhrətinin ən pik nöqtəsində, ən çox sevildiyi vaxt qəfil səhnədən getdi. Onu tələb etdilər, onu səhnəyə çağırdılar, amma 56 yaşında səhnəni niyə tərk etdiyini belə izah etdi: “Allah hər səsə, hər bir istedada müəyyən qədər vaxt verib, mənim də vaxtım burda bitir”. Və beləcə o, ömrünün son 10 ilini səhnəyə çıxmadı, tamaşaçının yadında həmişə şux, qamətli Müslüm kimi qaldı.

Müslüm Maqomayev səhnədən ayrı cəmi 10 il yaşadı, ürək xəstəliyindən dünyasını dəyişdi. Onunla vidalaşmağa minlərlə insan gəldi, onun üçün milyonlar ağladı. Rusiya, Ukrayna, Azərbaycan, Belarus və digər ölkələrin tanınmış dövlət xadimləri sənətkarın vəfatı ilə bağlı başsağlığı verdilər. Səhnələrin ən “utancaq sənətkar”ın xatirəsi həmişəlik milyonların qəlbinə köçdü.

Digər xəbərlər