Mirzə Qərənfil:
Əli Müsavata gətirib ağrı,
"Azadlıq" İsaya suvaşıb oğrun,
Pənah meyl etməkdə Raufa doğru,
Seçki ərəfəsi xeyli zamandı,
İfrat radikalın halı yamandı,
Hər birinin günü ahdı-amandı.
Pənah Hüseynov:
Nadan radikalı ağlatmalıyıq,
Fikri xurafatı dağıtmalıyıq,
Ölmüş radikalı sağaltmalıyıq,
İfrat radikalın başı dumandı.
Rauf Arifoğlu:
İsadı batıran radikal adı,
Lalədi, Əlidi onun ustadı,
İndi yerə-göyə çatmır imdadı,
Bosslardı bunların başında duran.
Pənah Hüseynov:
Dağılmaqda olan ifrat tifaqdı,
Üzləri qaradı, neçə ki, sağdı,
Bir Raufla mənim üzümüz ağdı,
Qalan radikallar filan-filandı.
Rauf Arifoğlu:
Əliyə, İsaya boss qurub toru,
Pis radikal ölsə, çatlayar goru,
Pənah "ideyalar generatoru",
Rauf bu ümmana dərhal cumandı.
Pənah Hüseynov:
İndi həm Raufun, mənim dəmimdi,
Qalanlar köhnədi, bizə qənimdi,
Bu mənim elimdi və vətənimdi,
Bəs niyə etməyim mən onu talan?
Rauf Arifoğlu:
Pənah bəy çox dilə-dişə düşübdü,
Özü də hey bişə-bişə düşübdü,
Axırda o, böyük işə düşübdü,
Gərək yazılaydı onlarla roman.
Pənah Hüseynov:
Qrantdan biz maya yaradacağıq,
Tərəfdardan taya yaradacağıq,
Raufla partiya yaradacağıq,
İstərdik biz olaq cibdən çox kalan.
Rauf Arifoğlu:
Pənahla gedərdim, hətta Aya da,
Partlardı qarşıda duran qaya da,
Onunla gedərdim Avropaya da,
Hələlik, bizlərdə belədi plan.
Pənah Hüseynov:
Bossu qane etmir nə Əli, İsa,
Lalənin, Sərdarın dilisə qısa,
Bütün radikallar batıblar yasa,
Sağalmalarına yoxdu bir güman.
Rauf Arifoğlu:
Pənah yeni tipli bir radikaldı,
Yeni ideyalar yayır, halaldı,
Məni də ideya toruna saldı,
Çıxardı Pənahdan müasir şaman.
Pənah Hüseynov:
İsanın yanında Rauf cılızdı,
Müsavatdan getcək qızdı, nə qızdı,
Onun dodağından kəlamlar sızdı,
Kəlamların gücü beyti-Qurandı.
Rauf Arifoğlu:
Xaricə bağlıdı əli-ayağı,
Bu qədər pisliyi etməzdi yağı,
Keçmiş radikallar zəhər tuluğu,
Hər biri yüz gürzə, zəhərli ilan.
Pənah Hüseynov:
Radikal durumu dirçəldəcəyik,
Bloku, qurumu dirçəldəcəyik,
İkimiz bu vədi gerçələdəcəyik,
Bizə kömək edər Rusiya, İran.
Rauf Arifoğlu:
Xarici heç zaman əğyar etmərik,
Bosslar qulağını heç kar etmərik,
Əlini, İsanı təkrar etmərik,
Durar arxamızda aran, dağ, Turan.
Pənah Hüseynov:
"Azadlıq" obanı eldən salardı,
Müsavat, ADP dildən salardı,
Nə yağmur bizləri əldən salardı,
Nə də titrədərdi bizləri boran.
Rauf Arifoğlu:
Radikal min qınaq, əda verərdi,
Bizlərə əl edib vida verərdi,
Bosslar qrantilə qida verərdi,
Biz ona satardıq torpaq, el, baran.
Pənah Hüseynov:
Bosslar ayağını sorar, yalardıq,
Əvəzində maddi yardım alardıq,
Həm biz köhnələri yola salardıq,
Həm bizim olardı siyasi meydan.
Rauf Arifoğlu:
İsalar piyada, bizlərsə atda,
A köhnə radikal, süqut et, çatda,
Bizə səs verərdi elektorat da,
Düşərdi arxaya minlərlə insan.
Pənah Hüseynov:
Hələ aşacağıq bərəni-bəndi,
Məftun edəcəyik şəhəri-kəndi,
Pənahla yolumuz geniş düzəndi,
Köhə radikalın qarşısı dalan.
Rauf Arifoğlu:
Əlinin, İsanın beynini yorruq,
Bütün radikalı söküb-uçurruq,
Pənahla ən uca zirvədə durruq,
Bizim özümüzə çıxar ağ liman,
Mərhum radikalı qarpar şər, şeytan,
Çıxar urcahına ifrit, cin, xortdan.