PDF Oxu

Köşə

  • 1 562

Kitab oxuyun!

image

Jurnalist qələmi cəmiyyətdə rəy formalaşdırır, fikir yaradır, hətta yeri gələndə novator da olur. O Üzeyirdən (Üzeyir Hacıbəyov) bu Üzeyirə qədər (müğənni Üzeyir) aşağı düşə bilmişiksə, deməli, klaviaturanın qələmlə olan fərqi də nəzərə çarpmalıdır. Əvvəllər qələmlə yazırdılar, hətta ən vicdansız bir şeyi yazmağa vicdanın yol versə də, qələm yol vermirdi, boyası bitirdi qələmin. İndi nə oldu yazırıq, televiziyalarımız da jurnalitikamızın bir ləkəsi olub. Qəzet, sayt, radio, televiziya jurnalistikanın balalarıdır. Hər övlad düz olmaz ki. Televiziya jurnalistikanın pozğun balasıdır.

Dünən dostlarımızdan biri "kataklizm" sözünü "KATAKLİZMA" yazmışdı, özü də dirənib ki, belə yazılır. Hələ bu harasıdır, başqa bir ağıllı da çıxıb deyir ki, "ağzına gələni danışma, bura iş yeridir, burada klizma sözünü işlətmə, utanmaz!" Jurnalsitsən və əgər bu sözə rast gəlməmisənsə, buna əmin ol ki, Həsən bəy Zərdabinin ahı tutacaq səni. Jurnalist dostumuz özünün analitik yazısında yazır: "BMT-nin qeyri-qanuni üzvü olan Azərbaycan...". Dəhşətdir, bu adam hələ də "qeyri-daimi" üzvü ifadəsini eşitməyibmiş. Sənə söz verirəm, gün ərzində bircə saat AzTV-nin qabağında otursan, bu tip bütün sözləri əzbərləyəcəksən.

ANS-in müdirçələrindən olan, Banqladeşin su və kanalizasiya xətlərinin istismarı idarəsinin rəsinin kopyası olan Mais Məmmədovun danışıqlarına qulaq asdıqca gözünün qabağında belə bir mənzərə yaranır: "Bir nəfər yerə yıxılıb, düz otuz dənə it bu adamı didişdirməklə məşğuldur..." Mais Məmmədov, jurnalisltər sənə zəng edəndə, heç olmasa nəzərə al ki, ağzın torpağa dəyir, bu gün-sabahlıqsan. Bir az sadə, mülayim, təvazökar ol, heç kim sənin dədənə borclu deyil! ANS-də işləyən başqa bir jurnalist dostumuz hələ də elə bilir ki, Ermənistanın Azərbaycanda səfirliyi var. Üzümə dirənmişdi, deyir ki, Fransa səfirliyinin yanında, Malakan bağı ilə üzbəüz yerləşir Ermənistan səfirliyi.

Bu yaxınlarda beş-altı jurnalist Hüseyn Cavid bağında gəzirişirdik. Bu vaxt Tağı Əhmədov keçdi qarşımızdan. ATV-də siyasətdən "yazan" jurnalist böyük və həyəcan içində Tağı müəllimi göstərib "baxın, Böyük Britaniyanın Azərbaycandakı səfiri gedir" dedi. Əgər bu ölkədə Tağı müəllimi də tanımırsansa, qələminə tüpürüm!

Dünəndən günüm qara olub, eşitdiyim bir dublajın və bir də təqdimatın şokuna düşmüəm. Xəzər TV-də xarici filmin tərcüməsində azərbaycanlı aktyor deyir ki, "anası gəzən ağacı balası budaq-budaq gəzər", "Atalar yaxşı deyib, çörəyi ver çorəkçiyə, beş də artıq". Üstəgəl ardınca da radioda aparıcının böyük sənətkarımız Nəsibə Zeynalovanı müğənni kimi təqdim etməsi mənə elə bir udar vurdu ki, o aparıcını tutsam...

P.S. Biz 2005-ci ildə qızı sevişmək adı ilə aldadaraq evə aparıb ona kitab oxutdururduq. Kitab oxuyun, savadsızlıq ən böyük əxlaqsızlıqdır!

Digər xəbərlər