Köşə

  • 3 887

“Dost çətin gündə tanınar..?”

image

...Budur, undi Siz deyin, Rusiya “əsəbləçməsin, neyləsin”?

“...Polşa Rusiyanın mühafizəsini gücləndirmək üçün ABŞ-ın nüvə silahını qəbul etməyə hazırdır”.

Bilirsiniz bunu kim deyir? Polyakların baş nazirinin müavini, Milli Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin sədri Yaroslav Kaçinski... Siz onda olan qorxmamazlığın dərəcəsinə bir baxın. Elə bil, yenə də prezidentlərindən beziblər...təyyarə və ya avtomobil “qəzası”na düşüb ölə bilməsindən də ehtiyatlanmırlar.

Təbii ki, ruslar bunun nazir müavininin öz fikirləri olmadığını düşünməkdə haqlıdırlar.

Qeyd edək ki, Kaçinski, hətta ABŞ-ı Şərqi Avropaya daha çox qoşun göndərməyə də çağırıb. Yenidən Siz bundakı bu cəsarətə bir baxın!

Əslində, bu, Moskvaya aydın şəkildə, mən deyərdim lap elə qorxmadan siqnal göndərmək...yox, yox meydan oxumaqdır.

Deyim ki, ruslar da polyak rəsmisinin təklifini hələlik ki, “xırda da” olsa cavabsız qoymayıblar... Amerika nüvə silahlarının Polşaya təhvil verilməsinin "Avropada termonüvə müharibəsinə yarım addım qalmış" olduğunu bir daha kimlərə isə (?) xatırladıblar .

Yəqin polyaklar bir müddət bundan əvvəl Vladimir Vladimiroviç Putinin iki günə 5 NATO dövlətini tuta biləcəyi haqda dediklərini unudublar. Unudublar ki, həmən o 5 NATO dövlətinin biri və bəlkə də birincisi Polşa olmalı idi(?).

Nə tez unutdular? Yəqin indi ağızları ş... nə isə uzatmayaq.

Beləliklə, Almaniyanın “Welt am Sonntaq” nəşrinə müsahibə verən Yaroslav Kaçinski ABŞ-ın tələb edəcəyi təqdirdə, günü sabah öz ərazilərində nüvə silahı yerləşdirməyə hazır olduqlarını bildirib.

“...Əgər amerikalılar bizdən Polşa ərazisində nüvə silahı yerləşdirməyi istəsələr, biz buna açıq olardıq. Çünki bu, Moskvanın mühafizəsini əhəmiyyətli dərəcədə artırardı”.

Xatırladım ki, bunları səsləndirən Yaroslav Kaçinski əlavə edib ki, “...indiyədək bu məsələlərlə bağlı sual bu şəkildə qaldırılmayıb. Lakin o, vəziyyət “tezliklə dəyişə bilər”.

Bundan əlavə, Kaçinski NATO-nu Avropaya, xüsusən də onun şərq hissəsinə daha çox Amerika əsgəri göndərməyə çağırıb. Siyasətçi bunun zəruri olduğunu “Rusiyanın artan aqressivliyi” ilə izah edib.

Qeyd edək ki, hazırda ABŞ-ın Avropada 100 min hərbi qulluqçusunun olduğu deyilir. Kaçinski isə hərbçi sayının 150 minə çatdırdacağı təqdirdə bunun Varşavaya da “xoş gələcəyini” deyir. Polşalı siyasəyçiyə görə, Amerikanın nüvə gücünə malik əsgərləri Rusiyanı NATO-ya hücumdan çəkindirən ən güclü qüvvədir.

Yeri gəlmişkən, Kaçinski NATO-nun Polşada yeni komandanlıq mərkəzinin açılmasını da təklif edib, çünki “bu, Moskvaya aydın mesaj verəcək ki, bax a... NATO rəhbərliyi indi Şərqdə də mövcuddur.

Onu da deyim ki, bu arada rusların Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbərinin birinci müavini Vladimir Cabarov polyaklara hələlik “xox” gəlməsə də, amma onların “odla oynamaq” istədiklərini onların yadına salıb və ABŞ-ın belə bir addımının Avropanı termonüvə müharibəsinə başlamağa sövq edəcəyini xatırladıb.

...Yenə də yeri gəlmişkən, deyim ki, bu arada Belarus prezidenti Aleksandr Lukaşenko öz növbəsində bildirib ki, əgər NATO Şərqi Avropada, xüsusən də Polşada belə silahlar yerləşdirərsə, “...onda mən də Putin qardaşımdan nüvə silahlarını respublikamda, yəni Belarusda yerləşdirməyi təklif edəcəm”. Hə, bəs nə bilmişdiz?

...Halal olsun, necə deyərlər, dost çətin gündə tanınar...amma, vay, bu ərazilərdə yaşayan və özü də imkanlı dostu olmayan yetim-yesirin halına...

Ağasəf Babayev

Digər xəbərlər