Köşə

  • 2 976

Yeni sülh erasının başlanğıcı: Prezidentin mesajları KÖŞƏ YAZISI

image

Aprelin 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə bir çox vacib məqamlara toxunuldu və həmin əhəmiyyətli məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpa edilməsi istiqamətində atılan addımlarla bağlıdır.O da sirr deyil ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində yaratdığı yeni reallıqlar bir sıra nüfuzlu beynəlxalq qurumlar tərəfindən tanınır. Buna misal olaraq BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatını və s. göstərmək mümkündür. Lakin ən əsası, bu reallıq Ermənistan tərəfindən də qəbul edilməkdədir.Xüsusilə, rəsmi Bakının təqdim etdiyi 5 maddəlik sülh təklifi İrəvan tərəfindən də qəbul edilib və bu xüsusda qeyd etmək olar ki, artıq prosesin başlanğıcına start verilib. Daha dəqiq desək, Ermənistanın kənara qaçması üçün nə əlavə fürsəti, nə də atmağa hər hansı xilas addımı da qalmayıb...Bu baxımdan da qeyd edə bilərik ki, Azərbaycan tərəfindən irəli sürülən sülh təklifi əsasında sivil dövlətlərin qonşuluq münasibətləri əsas olaraq götürülüb. Təbii ki, kənarda qalmaqdansa müxtəlif geosiyasi və iqtisadi əhəmiyyətlər daşıyan layihələrdə iştirak etmək Ermənistan üçün daha münbit seçimdir. Onun zatən başqa yolu da yoxdur. Və o da əbəs deyil ki, Nikol Paşinyan bugünlərdəki çıxışında həmin maraqların realizəsi üçün Azərbaycanın təkliflərini qəbul etməkdən başqa çarəsinin olmadığını açıq şəkildə etiraf edib. SİTAT: “Əgər biz Azərbaycanla sülh bağlamasaq, o zaman yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. 2020-ci ildəki səhvləri təkrarlamağa hazır deyiləm”.Məhz bu fonda Prezident İlham Əliyev aprelin 12-də keçirdiyi müşavirəsində qeyd etdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aprelin sonuna qədər təmasın əldə olunmasına dair razılıq əldə edilib və bu, sevindirici haldır.Düzdür, kapitulyasiyaya uğramasına baxmayaraq, Ermənistan hələ də müxtəlif çək-çevirlərlə öz səmərəsi üçün nə isə “qoparmağa” cəhdlər göstərir, amma etiraf edək ki, həmin “cəhdlərin” gerçək maraqlara söykənməsi də inandırıcı görünmür. Misal üçün, qənaətə gələ bilərik ki, erməni rəhbərliyi bu kimi vasitələrlə ona qarşı çıxış edən bir qism revanşçıların gözlərindən pərdə asmağa çalışır. Üzdə Bakının səbrini tükəndirə biləcək bəyanatlar verilsə belə daxildə hər şey başqa yöndə inkişaf edir.Lakin proseslər göstərir ki, Cənubi Qafqaz regionunda yeni sülh erasının başlanmasına doğru addımlar atılır və bütün bunların təməlində dayanan əsas faktor məhz Azərbaycan dövlətinin və Prezidentinin qətiyyəti, siyasəti və iradəsi dayanmaqdadır. Torpaqlarımızın 44 günlük müharibədə düşməndən azad edilməsi isə sülhün əldə edilməsinə doğru istiqamət alıb və bu reallıqda da qalib məhz Azərbaycandır.

sia.az

Digər xəbərlər