Köşə

  • 10 593

Səfirliklərimizə hücumlar: pərdəarxası məqamlar nədir? - BAXIŞ BUCAĞI

image

Nə zaman ki, ermənilər sərhədlərimizdə baş qaldırıb yeni iddialarda olduqlarını nümayiş etdirir və onlara tərəfimizdən layiqli cavab verilir, bundan dərhal sonra bizim üçün ermənilərin havadarları ilə tanışlıq başlanır. Ermənilər illərlə silahları kimdən aldıqlarını, təchizatlarının kiminlə bağlı olduğunu, arxalarında kimin durduğunu canla-başla gizlətdikləri halda bunların hansı dövlətlərin olduğunun asanlıqla ortaya çıxması da maraqlı hadisələrdəndir. O mənada maraqlıdır ki, sərhədlərimizdəki hadisələrlə səfirliklərimizə basqınlar arasındakı çox qısa zaman fasiləsi bütün gizli məqamlara aydınlıq gətirir. Məsələn, 2020-ci ilin Tovuz hadisələrindən dərhal sonra səfirliklərimizə basqınları, diplomatlarımıza qarşı təcavüzləri yaxşı xatırlayırıq.12-14 sentyabr hadisələrindən sonra belə hal ABŞ, London, Livan, Fransa və digər ölkələrdə təkrarlanıb. Bu ölkələrdə yaşayan ermənilərin müxtəlif qruplaşmalar, bəzən isə açıq şəkildə səfirliklərimizə hücumu və həmin dövlətlərin buna göz yumması erməni sevdalılarının onları müdafiə etmək istəyindən başqa bir şey deyil. Erməni sevdalıları deyirik. Əslində isə bu, bir sevda deyil. Həmin dövlətlərin erməniləri çox yaxşı tanımalarından irəli gələn haldır. O mənada ki, həmin dövlətlər erməni kimi xislətsiz qəbiləni əldə saxlayıb ondan bəzi məqamlarda istifadə etməyi zamanın sınağından çıxarmış, bu səbəbdən də ermənini əldə saxlamağın onlara etdiyi sərfi digər bir xalqın dövlət qurumuna hücumdan üstün hesab edirlər.Haqqın, ədalətin kimin tərəfində olduğunu çox yaxşı bilən, lakin 30 ildəki kimi yenə də qulaqlarını pambıqlayan, gözlərini yumanlar onu da yaxşı bilməlidirlər ki, bütün dünyaya kim olduqlarını sübut edirlər. Sübut edilər ki, ötən 30 ildə Azərbaycanın bütün beynəlxalq təşkilatlar qarşısında Qarabağla bağlı qaldırdığı tələbə niyə susurduq. Sübut edirlər ki, 30 ildə Qarabağ mövzusu ortaya gələndə niyə özümüzü karlığa vururduq. Lakin unudulmayacaq bir məsələ də var ki, səfirliklər, onların yerləşməsi, təhlükəsizliyi haqqında bütün dövlətlər üçün qanunauyğunluqlar mövcuddur. Və bu qanunları pozmağa, təxribata yol verməyə heç kimin haqqı və hüququ yoxdur. Bunun üçün hər hansı münaqişənin törədilməsinə yol verən dövlət beynəlxalq hüquq qarşısında cavab verməlidir.Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı erməni icmalarının hücumları ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi açıqlama yayıb: “Son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur. Özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik. Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.Xatırladırıq ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir".Bir-birinin ardınca törədilən təxribatlar əslində ölkəmizə qarşı münasibətləri ortaya qoyur. Bizə kimin dost, kimin düşmən olduğunu göstərir. Qarabağın düşməndən azad edilməsinə münasibətləri, istəkləri ortaya qoyur. 30 il ermənilərin Qarabağı işğal altında saxlamasına əslində razılıqları nümayiş etdirir. Azərbaycanın əzəli torpaqlarından zorla çıxarılan minlərlə insanın hüquqlarına biganəliyi göstərir. Ölkəmizin talanan sərvətlərindən həmin dövlətlərin də mənfəətlənməsini sübut edir.Ermənilərin yalan donunu geyinib özlərini yazıq, çarəsiz, əzilən xalq kimi təqdim etmələri yəqin ki, bu dövlətlərin tamaşa etdikləri elə bir tamaşadır ki, bundan aldıqları ləzzət onları Azərbaycan həqiqətlərini pərdənin o üzündə görməyə təhrik edir. Amma əslində biz pərdəarxası məqamları görməyi ötən 30 ildə çox yaxşı öyrənmişik. İndi kimin özünü necə aparmasından asılı olmayaq hansı mövqedə dayandığını görən iti gözlərimiz var.ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi kimiləri bizə qarşı edilən təxribatları və soyqırımını çox yaxşı bilə-bilə saxta erməni soyqırımına yalançı göz yaşı tökürsə, deməli, məsələ aydındır. Nensi Pelosi kimi tanıdıqlarımız var ki, üzdə bir, arxada başqa əməllərlə məşğul olmaqla əslində kim olduqlarını lap çoxdan tanıdıblar bizlərə. Yaxşı da ki, tanımışıq. Tanımışıq ki, yanılmamışıq.Səfirliklərimizdə törədilən hadisələr bağışlanmaz haldır. İki dövlət arasında sülhün bərqərar edilməsinə kömək göstərmək əvəzinə qızışdırıcı mövqenin nümayişidir. Yenə də xatırlatmaq istəyirik ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Bu vəzifələri unudanları isə beynəlxalq hüquq qarşısında cavab vermək gözləyir.

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər