Köşə

  • 6 932

Təhlükəsizlik Şurasının təhlükəli üzvü KÖŞƏ

image

Həmişə demişəm, yenə deyirəm, bizim atalarımızın elə kəlamları var ki, məna, məzmun tutumuna görə dünyanın ən görkəmli filosoflarının fikirlərindən daha müdrikdir. Məsələn, biri özünün biabırçı nöqsanları olduğu halda, başqasının xırda qüsurundan hay-küylə danışarsa, atalarımızın bir cümləsi ilə onu anladırsan: gözündəki tiri görmür, özgə gözündə tük axtarır!

Məncə bu müdrik kəlamı təkcə fərdlərə, şəxslərə deyil, həm də toplumlara, hətta böyük-böyük danışan bəzi dövlətlərə də şamil etmək yerinə düşər. Məsələn, bizim dədə-babalarımızın “firəng” (yəni fıy rəng) adlandırdığı Fransa adlanan dövlətə! Daha doğrusu onu idarə edən siyasilərə. Bütün dünya firənglərin (yəni fıy rənglərin) dünya tarixində kiçik xalqları ən çox istismar edən toplum olduğunu bilir. Asiyanın şərqindən tutmuş afrikanın cənubuna qədər az sayda ölkələr, xalqlar var ki, firəngərin tökdükləri qanda boğulmasın. Həm qanlarını axıdıb, həm də yeraltı, yerüstü sərvətlərini daşıyıb Fransanın büdcəsini doldurub. Təkcə Əlcəzairdə tökdüyü qan faşist Almaniyasının yəhudilərə qarşı törətdiyi soyqırımla müqayisədə daha dəhşətli qətliamdır. XXI əsrdə Suriyada, İrakda, Liviyada, Misirdə özünün də iştrakilə oynanılan “ərəb baharı” oyunu nəticəsində ev-eşiyindən didərgin düşən milyonlarla fəqir-füqəranın ölkəsinə daxil olmasına imkan verməyən Fransa siyasiləri utanmadan dünyaya humanizm dərsi keçməyə çalışırlar. Bu “humanist” ölkənin başbilənlərinin xəbərləri yoxdurmu ki, məhz onların bu qadağaları nəticəsində on minlərlə qadın, qoca, uşaq aralıq dənizinin sularında balıqlara yem olub? Gözəl bilirlər, sadəcə bilməməzlikdən gəlirlər və həyasızcasına da başqalarına insanlıq moizələri oxuyurlar. Bunlar hamıya məlumdur, sadəcə sadaladım ki, yaddaşları bir də təzələyim.Təzələyim ki, yazımın əsas məqsədinə gəlib çatanda kimlərsə dodaq büzüb məni qərəzçilikdə qınamasın. Deməsinlər ki, özü türk olan bu yazar firənglərin türklərə qarşı düşmənçilik mövqeyinə görə bu sətirləri döşəyib kağıza. Əslində tarixin bütün dönəmlərində firənglər türklərin heç tükünə də toxunmağa cəsarət etməyiblər. Tək-tük buna risq edənlərin də hesabı “humanist” şəkildə çəkilib. Hətta bu tayfanın ən böyük sərkərdəsi olmuş Napaleon türklərə qibtəsini gizlətmədən deyib ki, mənə türklərdən ibarət ordu versələr, dünyanı zəbt edərəm. Napaleonun bu kəlamını özümdən uydurmuram və həqiqət olduğunu tarixşunaslar yaxşı bilir. Odur ki, bizlərin türk olaraq firənglərə qibtə, qərəz hissi bəsləməyimiz mümkün deyil. Sadəcə, son illərə qədər zorla da olsa özünü bitərəf kimi göstərməyə çalışan bu ölkə 44 günlük tarixi qələbə əldə edildiyi günlərdən başlayaraq bizə qarşı iç üzünü açıb qoydu ortalığa. Ərazisi işğal olunmuş, BMT-nin qəbul elədiyi və 28 il kağız üzərində qalan dörd Qətnaməni öz gücü ilə icra etməyə məcbur olmuş Azərbaycana hədyanlar yağdırması yetməzmiş kimi, hələ parlamentlərində qərar-flan qəbul etməkdən də çəkinmədilər. Sən demə Azərbaycan türkləri özləri öz ərazilərini “işğal”a məruz qoyubmuş! Ay zatı qırıx, sən o qədər dünya tarixindən bixəbərsən ki, o torpaqların (həm də təkcə o torpaqların yox, bütün Ermənistan adlanan ılayihənin ərazisi) tarixi Azərbaycan turpaqları olduğunu bilmirsən? Ən azı 1918-ci ildə elə Fransanın paytaxtı Parisdə yaranmış Sülh Konfransının sənədlərinı vərəqlə, gör ki, İrəvan məhz sizin təzyiqinizlə Ermənilərə dövlət qurmaq üçün güzəşt edilib. Bunu da görmürsən, və yaxud görməzdən gəlirsənsə, onda götür rus, gürcü, alman, iran (indiki müsəlman qardaşın İranı deyirəm) və s. mənbələrini oxu. Oxuya bilmirsənsə bisavad olduğunu qan və qaxıl otur xarabanda! Xaraban demişkən, orda, Marselldə yüz minlərlə erməni yaşayır, onlara hansı status tanınıb firənglər tərəfindən? Əgər status vermək belə vacibdirsə, buyur ver, daha bizdən gözləmə ki, beş-on min erməniyə burda status veriləcək. Bax bütün sadaladıqlarıma görə deyirəm ki, atalarımızın o müdrik kəlamı firənglərə birbaşa şamil edilməlidir; öz gözündə tiri görmür, Azərbaycanda tük tapmaq üçün çığır-bağır salır.
Xülasə, bunlar öz yerində. Məni düşündürən bir başqa məsələ var. Əcəba dünyada bu qədər qətliamlar törətmiş, haqqı-ədaləti ayaqlar altına atmaqdan çəkinməyən, faktiki dünya üçün təhlükə olan bir ölkənin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olması qəribə deyilmi? Təhlükələrə rəvac verən, bərqərar olmaqda olan regional sülhə çəkinmədən açıqdan-açığa təhlükə yaradan bir məmləkətin belə mötəbər bir qurumda təmsil olunması dünyamızı təhlükələrə sürükləmirmi? Mən siyasətçi də deyiləm, diplomat da. Amma qandığım odur ki, Fransanın BMT TŞ-nin daimi üzvü olması dünyada sülhə və əmin-amanlığa ciddi təhdiddir. Deməsi məndən, yozması siyasilərdən!

Təhmasib Novruzov

Digər xəbərlər