PDF Oxu

Mədəniyyət

  • 16

Ölkələr arasında mədəni əməkdaşlıq davam edir

Ölkələr arasında mədəni əməkdaşlıq davam edir
Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Vatikanda bu ölkənin kitabxana və məxfi arxivinin direktorları ilə görüşüb. Görüşdə nazir ölkəmizdə Qafqaz Albaniyasının və ona məxsus tarixi və mədəni abidələrin mövcudluğu, onların qorunması və dövlət tərəfindən qayğı göstərilməsi barədə məlumat verib. Azərbaycan Milli Kitabxanası ilə Vatikan Kitabxanası arasında əməkdaşlıq və məxfi arxivə giriş məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Vatikanın mədəniyyət naziri ilə görüşən Əbülfəs Qarayev Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, tolerant bir dövlət olması, dünyəvi dinlərə hörmətlə yanaşması, azsaylı xalqların dili və mədəniyyəti ilə yanaşı, onların dini etiqadları ilə bağlı hər cür şəraitin yaradılması, ölkəmizdə yeni katolik kilsəsinin istifadəyə verilməsi barədə həmkarına ətraflı məlumat verib. Vatikan tərəfi Azərbaycanın tolerant dövlət olmasından böyük məmnunluq duyduğunu bildirərək, dünyəvi dinlərə göstərdiyi qayğıya görə Azərbaycan hökumətinə təşəkkür etmiş, mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı ölkəmizdə keçirilmiş beynəlxalq konfransı yüksək qiymətləndirib. Vatikanın mədəniyyət naziri Azərbaycan incəsənət ustalarını ölkəsində keçiriləcək kinofestivalda iştirak etməyə dəvət edib. Görüşlərdə Azərbaycanın Fransa və Vatikandakı səfiri Elçin Əmirbəyov iştirak ediblər.

Digər xəbərlər