KOB İnkişaf Mərkəzləri tərəfindən 2022-ci il ərzində keçirilən təlimlərdə 4000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadınlar iştirak edib.
Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov noyabrın 23-də Bakıda keçirilən "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı V forumda deyib.
KOBİA sədri bildirib ki, agentlik tərəfindən göstərilən dəstək mexanizmlərindən qadın sahibkarlar da faydalanırlar. Belə ki, ötən müddət ərzində 5 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 9 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib.
yap.org.az
Şirkətlər bunu uzunmüddətli strategiyaları ilə əlaqələndirirlər...
Rusiyanın sənaye istehsalı ardıcıl ikinci aydır ki, azalıb...