İqtisadiyyat

  • 1 957

Qida ilə bağlı nöqsanlar aşkarlanan marketlərin aqibəti necə olur? - AÇIQLANDI

image

“Qida təhlükəsizliyi sağlamlığımız baxımından strateji istiqamətlərindən biridir. Qanunvericilik aktlarının qəbulu, qanunvericiliyin icra mexanizminin təkmilləşdirilməsi, qanunvericilik aktlarının icrasına nəzarət sahəsində ciddi işlər görülə də, istər istehsal sahələrində, istərsə də iaşə obyektlərində, istərsə də qida satışı edən marketlərdə həyat üçün təhlükəli olan xeyli neqativ hallar aşkarlanır”.Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
O bildirib ki, bu gün qida istehsalı bazarında yüzlərlə çeşiddə məhsullar var:"Bir çox hallarda qidaların emalı zamanı, bir çox hallarda daşınması, saxlanması və satışı zamanı ciddi şəkildə nöqsanların olduğunu eşidirik və ya şahidi oluruq. Məhsullar müəyyən normativ sənədlərə uyğun istehsal olunmalı, qablaşdırılmalı, saxlanmalı, daşınmalı, satışı təmin olunmalıdır. Aparılan yoxlamalar və reydlər zamanı aşkarlanan nöqsanlara uyğun olaraq tətbiq edilən cəza tədbirləri işə məsuliyyəti artırır. Bazarda ən böyük məsuliyyət istehlakçının üzərinə düşür və özü nəzarət etməlidir. Dövlət nəzarəti nə qədər güclü olsa da, nöqsanlara görə sahibkara qarşı cəza tədbiri görülsə də, bir istehsalçı üçün malının bazardan geri qayıtması ona daha çox təsir edir. Həmçinin inzibati məsuliyyət yaratmayan və inzibati məsuliyyət yaradan nöqsanlar mövcuddur. Marketi və ya qida istehsal müəssisəsini bağlamaqla bu işin öhdəsindən gəlmək çətindir. Bir çox hallarda cərimlər tətbiq olunur, xəbərdarlıqlar edilir, hətta çox ciddi nöqsan aşkarlanıbsa obyektin fəaliyyəti dayandırıla da bilər”.
Ayşən Vəli

Digər xəbərlər