İqtisadiyyat

  • 1 524

Qatarlarının hərəkəti normal rejim üzrə bərpa olunub

image

Zəlzələdən sonra dəmiryol xətlərində aparılan diaqnostika işləri ilə bağlı qatarların sürəti aşağı endirilib. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.Bildirilib ki, bu gün səhər saatlarında Azərbaycan ərazisində baş vermiş 5.0 bal zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

Digər xəbərlər