Türkiyə Respublikasının Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır müdafiə sənayesində yerli istehsal payının 20-dən 80 faizə yüksəldiyini söylədi. O, müxtəlif proqramlar üçün getdiyi Nevşehirdə Milli Texnologiya Hərəkatının ən böyük uğurlarının müdafiə sənayesində əldə edildiyinə diqqət çəkib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Yerli və milli istehsalın xüsusilə müdafiə sənayesində zəruri bir məcburiyyət olduğunu qeyd edən Kacır sözlərinə belə davam etdi: "40 ilə yaxındır ki, terrorla mübarizə aparan bir ölkə olaraq çox vaxt burada ehtiyac duyduğumuz müdafiə sistemlərindən məhrum qalmışdıq. Halbuki müttəfiqlərimiz var idi. Lakin çox vaxt mübarizəmizdə onları yanımızda görə bilmədik, əksinə terror təşkilatlarının ətrafında, arxasında gördük. Ehtiyac duyduğumuz müdafiə sistemlərinin pulunu ödəsək belə, bizə satmaqdan çəkinirdilər."
Müdafiə sənayesində yerli istehsal payının 20-dən 80 faizə yüksəldiyini bildirən nazir bunları əlavə etdi: "Bu gün Türkiyə quru və hava vasitələri, dəniz platformaları, peyk sistemlərində bütün kritik ehtiyaclarını yerli və milli istehsal edən bir ölkədir. Bu gün pilotsuz uçuş aparatlarında (PUA) dünyada bir nömrəli olan bir ölkədir. Təkcə bizim deyil, 50-yə yaxın ölkənin səmasını Türkiyənin istehsal etdiyi PUA-lar qoruyur."
Kosmos texnologiyaları sahəsində də iddialı olan Türkiyənin görüntüləmə peyklərini yerli və milli imkanlarla inkişaf etdirdiyini vurğulayan Mehmet Fatih Kacır kosmos sahəsində yeni bir addım atılacağını, Alper Gezeravcının çalışdığı kosmos stansiyasının yenilənmə layihələrinə daxil olacağını bildirdi.
Rusiya istiqraz bazarının təxminən dörddə biri risk altındadır...
Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...
Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.
Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...
Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...
Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…