İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası Zaqatalada keçiriləcək. SİA KOBİA-ya istinadən xəbər verir ki, oktyabr tarixlərın 11-13-də təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Zaqatala və ətraf bölgələrdən olan KOB subyektləri Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Zaqatala” qeyd olunmalıdır).Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir.
Ukraynanın Mərkəzi Rusiyanın ən böyük neft emalı zavodlarına tətil etməsindən sonra...
Rusiyada təxminən 1,5 milyon işçi çatışmazlığı var...
Onlar qida, dərman, geyim və ayaqqabı xərclərini azaldıblar...