“2025-ci ilin dövlət büdcəsinin müzakirəsi tarixi günlərə təsadüf edir". SİA xəbər verir ki, bu sözləri deputat Anar İsgəndərov Milli Məclisdə çıxışı zamanı deyib.O bildirib ki, dünyanın müxtəlif ölkələrindən 80 min insan Bakıya gəldi: "Azərbaycan 44 günlük Vətən müharibəsinin qalibi necə oldu? Nə üçün ermənilər Azərbaycana məğlub oldu? Bu suallara cavab tapa bilmirdilər. Azərbaycanın uğurlarını həzm edə bilməyənlər gördülər ki, Azərbaycan haqq yolundadır. Müstəqil azərbaycan ilk dəfə suveren ərazisində iki seçkini uğurla keçirdi"."İdeal büdcə olmur, amma xalqın və dövlətin maraqlarını ifadə edən büdcə təqdirəlayiqdir. 2025-ci il üçün 4 milyard 946 manat vəsait ayrılmışdı. 7 yüz 50 milyon manat ali təhsilə sərf olunacaq. 137 min müəllimin sertifikasiya imtahanında iştirakı nəzərdə tutulmuşdur. Sertifikasıyada əsas məqsəd yararsız müəllimlərin sırasını yeni müəllimlərə verməsidir.Pedaqoli təhsilli gənclərin maraqlara cavab verən güzəştlərə də ehtiyacı var. Təkcə təbliğə ehtiyac yoxdur. Qarabağ Universitetində 1300-ə qədər tələbənin təhsil alması, yataqxanalarda yerləşdirilməsi üçün 17 milyon manat nəzərdə tutulmuşdur. Azərbaycan Elmlər Akademiyasına 3 milyon, Azərbaycan Elm Fonduna isə 4 milyon manat ayrılması nəzərdə tutulmuşdur".
Yerli şirkət Sankt-Peterburqda 30.000 ton dənəvər kalium xlorid yükləyib...
Samara və Volqoqradda “pambıq” haqqında...
“Keçmişin yanacağı” yenidən diqqət mərkəzindədir...
Ən azından pandemiyadan bəri...
Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...
Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...