PDF Oxu

İqtisadiyyat

  • 2 889

SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib - FOTOLAR

image

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Asiya İnkişaf Bankı (ADB) arasında birgə layihələrin icrasına dair məsələlər müzakirə edilib. SİA xəbər verir ki, məlumata görə, SOCAR-ın prezidenti Rövşən Nəcəf ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüş keçirib. Görüşdə tərəflər arasında mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, o cümlədən enerji sektorunda davamlı inkişafın təmin edilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.

Söhbət zamanı SOCAR-ın dekarbonizasiya hədəfləri, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər bərpa olunan enerji layihələrinin inkişafı, karbon emissiyalarının azaldılması istiqamətlərində əlaqələrin genişləndirilməsi, enerji sektorunda davamlı inkişafı təmin olunması məqsədilə təcrübə mübadilələrinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Kuba iqtisadiyyatı çökmək üzrədir...

Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...