PDF Oxu

İqtisadiyyat

  • 5 614

Azərbaycan və OSPRİ təşkilatı əməkdaşlıq imkanlarını müzakirə ediblər

image

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyində Neft Dağılmalarına Hazırlıq üzrə Beynəlxalq Təşəbbüs (Oil Spill Preparedness Regional İnitiative – OSPRİ) təşkilatının nümayəndələri ilə görüş keçirilib. SİA nazirliyə istinadən xəbər verir ki, görüşdə Agentliyin Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov Xəzər dənizinin Azərbaycana məxsus ərazilərində baş verə biləcək neft dağılmalarına qarşı aparılan mübarizə tədbirlərindən danışıb. O bildirib ki, hazırda Agentlik “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiya və “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolundan irəli gələn öhdəliklərin icrası istiqamətində bır sıra tədbirlər həyata keçirir.Görüşdə, həmçinin OSPRİ təşkilatının nümayəndələri Agentlik tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndirərək gələcəkdə ikitərəfli əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparıblar.OSPRİ təşkilatını Xəzər dənizi – Qara dəniz – Mərkəzi Avrasiya regionunda neft dağılmalarına qarşı etibarlı, inteqrasiya olunmuş və dayanıqlı reaksiya imkanlarını təşviq etmək üçün bir qrup neft şirkəti (BP, Chevron, Eni, ExxonMobil, KMG, NCOC, Shell və TotalEnergies) yaradıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...