Son dövrlər kredit və istehlak borclarının artması əhalinin maliyyə dayanıqlığı ilə bağlı müzakirələri aktuallaşdırıb. Xüsusilə maaş kartları, kredit kartları və istehlak kreditləri vasitəsilə borclanmanın genişlənməsi fonunda "borc yükü hansı mərhələdə riskə çevrilir?" sualı daha tez-tez səslənir.
Bu kontekstdə əhalinin borclanma səviyyəsinin təhlükə yaradıb-yaratmaması maraq doğurur.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, hazırkı mərhələdə ciddi risklərdən danışmaq üçün əsas yoxdur və proses Mərkəzi Bankın nəzarəti altında həyata keçirilir:
"Kreditlər yalnız rəsmi və şəffaf gəlirlər əsasında verilir, qeyri-rəsmi qazanc nəzərə alınmır ki, bu da bank sektorunda risklərin minimuma endirilməsinə imkan yaradır. Kreditlərin verilməsi zamanı vətəndaşın aylıq gəliri əsas meyar kimi götürülür və ödənişlərin məbləği həmin gəlirin 45 faizini keçə bilməz. Bu qayda banklar tərəfindən ciddi şəkildə tətbiq olunur. Kredit kartları üzrə də limitlər mövcuddur – vətəndaşa maaşının beş mislindən artıq kredit limiti ayrılmasına icazə verilmir.
Mövcud tənzimləyici mexanizmlər və nəzarət alətləri əhalinin həddindən artıq borclanmasının qarşısını almağa yönəlib. Statistik göstəricilər də göstərir ki, ev təsərrüfatlarının borc yükü iqtisadiyyatın ümumi həcmi ilə müqayisədə aşağı səviyyədədir. Bu isə maliyyə sabitliyi baxımından müsbət göstərici kimi qiymətləndirilir".
Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.
Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...
Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...
Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…
...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...
Müəssisələr alışları və inventar səviyyələrini azaldır...