"Dünyada makroiqtisadiyyatın dayanıqlı olmaması, maliyyə bazarlarında qeyri-sabitlik və müxtəlif iqtisadi problemlərin yaranması nəticəsində bir çox dövlətlər qızıl almağa üstünlük verirlər. Qızıl uzun illərdən bəri iqtisadi təhlükəsizlik və etibarlı aktiv kimi qiymətləndirilir, çünki o, valyuta və maliyyə risklərinə qarşı qoruyucu mexanizm rolunu oynayır".Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.Onun sözlərinə görə, lakin qızılın alınması həmişə bütün problemləri aradan qaldırmır və bəzən gözlənilməyən əks təsirlərə səbəb ola bilər: "Qızılın qiymətinin artımı birbaşa olaraq inflyasiyaya təsir göstərmir. Əksinə, mərkəzi banklar yalnız öz valyuta ehtiyatlarını gücləndirmək, iqtisadiyyatın qeyri-sabitliyinə qarşı önləyici tədbir görmək və maliyyə dayanıqlığını qorumaq məqsədilə qızıl alırlar. Bu zaman digər valyutalarla bağlı risklər isə daha da artır, çünki qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik yüksəlir, valyutaların dəyəri dəyişkən olur və sərmayələrin gəlirliliyi bir qədər risk altına düşür. Beləliklə, qızıl həm təhlükəsizlik amili, həm də ehtiyat aktiv kimi önəmli rol oynasa da, onun alınması bütün iqtisadi riskləri aradan qaldırmır. Dövlətlərin makroiqtisadi siyasətləri, mərkəzi bankların qərarları və qlobal maliyyə proseslərinin düzgün idarə olunması bu baxımdan həm daxili iqtisadi stabilliyin qorunması, həm də beynəlxalq maliyyə balansının təmin olunmasında həlledici əhəmiyyət kəsb edir.Qlobal iqtisadi mühit qeyri-sabit olduqca, qızılın rolunun artması gözləniləndir, lakin bu proses digər valyutaların dəyərinə və investisiya risklərinə təsirsiz ötüşmür. Dövlətlərin iqtisadi siyasətləri ilə birlikdə maliyyə bazarlarının da diqqətlə izlənməsi qızılın effektivliyini maksimum dərəcədə artırmaq üçün vacibdir".
Müəllif: Ziya Hikmətoğlu
Amerikalı bir nevroalim 80-dən çox ölkədən tədqiqat məlumatlarını təhlil edib...
Neft gəlirləri artıq büdcəyə qənaət etmir...