PDF Oxu

İqtisadiyyat

  • 2 203

Yaponiyanın Azərbaycandakı səfiri: Tokio biznes və humanitar əlaqələri genişləndirmək niyyətindədir

Yaponiyanın Azərbaycandakı səfiri: Tokio biznes və humanitar əlaqələri genişləndirmək niyyətindədir

Yaponiyanın Azərbaycandakı yeni səfiri Furuya Tokuro Tokio və Bakı arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə fəaliyyətin əsas istiqamətlərini açıqlayıb.SİA xəbər verir ki, bu barədə diplomatın rəsmi müraciətində deyilir.Diplomat Bakıya oktyabrın 26-da gəldiyini bildirib. Onun sözlərinə görə, bu təyinatından əvvəl o, Yaponiyada Azərbaycanla əlaqəsi olan mütəxəssislər və mədəniyyət xadimləri ilə dəfələrlə ünsiyyətdə olub. Onlar ölkə, onun mətbəxi və sakinlərinin qonaqpərvərliyi barədə xoş fikirlərini onunla bölüşüblər. Bakı ilə şəxsən tanış olmaq isə bu təəssüratları yalnız təsdiqləyib.Furuya Tokuro Azərbaycanda yaşayan və ya ölkəyə turizm və işgüzar məqsədlərlə səfər edən Yaponiya vətəndaşlarının təhlükəsizliyinin və rahatlığının təmin edilməsini birinci prioritet adlandırıb.Səfirin fikrincə, ikinci istiqamət humanitar və mədəni əlaqələrin intensivləşdirilməsi olacaq."Ölkələrimizin xalqları arasında əlaqələrin genişləndirilməsi qarşılıqlı anlaşmanın dərinləşməsinə, təcrübə mübadiləsi üçün yeni imkanların yaradılmasına və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək. Mən qəti şəkildə inanıram ki, yaxın illərdə dünyanın necə dəyişməsindən asılı olmayaraq, bu cür mübadilələrin ardıcıl inkişafı gələcək əməkdaşlığımızın təməli olacaq", - diplomat vurğulayıb.Furuya Tokuro Yaponiyanın Azərbaycandakı mövcudluğunun gücləndirilməsini üçüncü prioritet adlandırıb. O, sivilizasiyaların kəsişməsində yerləşməsi sayəsində ölkənin energetika, logistika və rəqəmsal texnologiyalar sahələrində əsas qovşaq kimi artan rolunu qeyd edib.Tokuro regionda Yaponiya biznesinin genişlənməsinə dəstək vermək və ölkə mədəniyyətini təkcə Bakıda deyil, Azərbaycanın regionlarında da təbliğ etmək niyyətində olduğunu bildirib."Bu üç məqsədi rəhbər tutaraq Yaponiya və Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi istiqamətində fəal və ardıcıl surətdə çalışacağam", - o vurğulayıb.

Digər xəbərlər

Avropa Rusiya qazına “krest” qoyub
Avropa Rusiya qazına “krest” qoyub

Heç kim Kremldən enerji asılılığına qayıtmaq niyyətində deyil…

Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib
Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib

Yolla birlikdə çökən 227 metrlik polad tağ ən çətin element idi...

Reuters: Rusiyada neft emalı 45 faiz azalıb
Reuters: Rusiyada neft emalı 45 faiz azalıb

Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...

“Rusiya yanacaqsız qala bilər”
“Rusiya yanacaqsız qala bilər”

Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...