Azərbaycanın milli poçt operatoru "Azərpoçt" bu ilin sonunadək daha iki ölkənin poçt operatorları ilə "Secured Transfer of Electronic Financial Information (STEFI)" sistemi üzərindən elektron pul baratlarının mübadiləsinə başlamaq niyyətindədir.
"Azərpoçt" MMC-dən AzərTAc-a bildirmişlər ki, hazırda Tacikistan və Qırğızıstan poçt operatorları ilə danışıqlar aparılır.
Eyni zamanda, Estoniya və Litva poçt operatorları ilə "STEFİ" üzərindən sürətli pulköçürmələrinin həyata keçirilməsi istiqamətində də işlər görülür.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...