Qax rayonunun təsərrüfatlarında qarğıdalı yığımı başa çatmışdır.
Cari mövsümdə fermerlər 2 min 415 hektar qarğıdalı yetişdirmişlər. Sahələrdən 9 min 695 ton məhsul yığılmışdır. Hər hektardan orta hesabla 40,1 sentner məhsul əldə edilmişdir.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, təsərrüfatlarda gələn ilin məhsulu üçün payızlıq taxıl səpini də mütəşəkkil davam etdirilir. İndiyədək 9 min hektara yaxın sahəyə toxum səpilmişdir. Cari mövsümdə rayonda 12 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...