PDF Oxu

İqtisadiyyat

  • 14

Auditorlar Palatasının nümayəndə heyəti Lissabonda beynəlxalq tədbirlərdə iştirak edib

Auditorlar Palatasının nümayəndə heyəti Lissabonda beynəlxalq tədbirlərdə iştirak edib

Auditorlar Palatasının sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) illik ümumi yığıncağında və EFAA ilə Portuqaliyanın Sertifikatlı Mühasiblər Birliyinin (OTOC) birgə təşkil etdikləri "Qlobal iqtisadi böhran və onun aradan qaldırılması - maliyyə hesabatlılığına tənqidi baxış" mövzusunda beynəlxalq konfransda iştirak edib.Palatadan AZƏRTAC-a bildiriblər ki, konfransda "Mühasibatlıq və maliyyə hesabatının Avropada inkişafı", "Stabil Avropa üçün mühasibatlığın rolu" mövzusunda çıxışlar dinlənilib.EFAA-nın illik ümumi iclasında qurumun 2014-cü il üzrə maliyyə hesabatları dinlənilib, qurumun bu il üzrə yenidən işlənmiş büdcəsinin təqdimatı keçirilib və 2016-cı il üzrə büdcəsi təsdiq edilib. Eyni zamanda, iclasda EFAA-nın 2015-2016-cı illər üzrə Fəaliyyət Planı təsdiq edilib və qurumun illik ümumi iclasının və konfransın 2016-cı ilin iyun ayında İspaniyada, Direktorlar Şurasının iclasının isə 2016-cı ilin noyabrında Parisdə keçirilməsi barədə qərara gəlinib.Tədbir çərçivəsində Almaniya, Macarıstan, Portuqaliya, Hollandiya, Fransa təmsilçiləri ilə işgüzar görüşlər keçirilib, gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.

AZƏRTAC

Digər xəbərlər