PDF Oxu

İqtisadiyyat

  • 97

Yanvar-noyabr aylarında istehlakçılara 26,3 milyard manatlıq məhsul satılıb

Yanvar-noyabr aylarında istehlakçılara 26,3 milyard manatlıq məhsul satılıb

Cari ilin yanvar-noyabr aylarında istehlakçılara 26,3 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çox məhsul satılıb.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,6 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,7 faiz artıb.Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,5 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

AZƏRTAC

Digər xəbərlər