PDF Oxu

İqtisadiyyat

  • 4 710

"Bu il Yaponiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatıb"

"Bu il Yaponiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatıb"

"Azərbaycanla Yaponiya kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir". “Report” xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori jurnalistlərə bildirib.“Bu il Azərbaycanda Cümhuriyyətin 100 illiyi qeyd olunub. Bu münasibətlə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində də bəzi addımlar atılıb. Məsələn, son 19 ildə ilk dəfə Yaponiyanın xarici işlər nazirinin Azərbaycana səfərə gəlməsi əlamətdar hadisədir. Səfər çərçivəsində nazir Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Baş nazir Novruz Məmmədovla görüşlər keçirib” - deyən diplomatın sözlərinə görə, indiyədək enerji sahəsində yaxından əməkdaşlıq edən iki ölkə turizm və kənd təsərrüfatında da əlaqələrini inkişaf etdirmək niyyətindədir.Yaponiyanın Azərbaycandan xeyli miqdarda neft və kənd təsərrüfatı məhsullarını idxal etdiyini diqqətə çatdıran səfir bu il iki ölkə arasındakı ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdığını vurğulayıb.

sia.az

Digər xəbərlər

Avropa Rusiya qazına “krest” qoyub
Avropa Rusiya qazına “krest” qoyub

Heç kim Kremldən enerji asılılığına qayıtmaq niyyətində deyil…

Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib
Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib

Yolla birlikdə çökən 227 metrlik polad tağ ən çətin element idi...

Reuters: Rusiyada neft emalı 45 faiz azalıb
Reuters: Rusiyada neft emalı 45 faiz azalıb

Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...

“Rusiya yanacaqsız qala bilər”
“Rusiya yanacaqsız qala bilər”

Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...