PDF Oxu

İqtisadiyyat

  • 30 642

Enerji anomaliyaları: qaz neftdən daha bahalıdır, kömür rekordlar qırır

image

Oktyabrın 6-da qazın qiyməti rekordu yeniləyib- 1000 kubmetr üçün 39% artaraq 1970 dollara çatıb. Kömür də ondan geri qalmayıb- Londonun ICE qitələrarası birjasının məlumatına görə, yanacağın qiyməti 300 dolları keçib ki, bu da 2008-ci ilin rekordundan 6% çoxdur.

Dünyada qaz və neft ticarəti üçün əsas platforma, bir gün əvvəl, hətta qiymət artımı səbəbindən qaz ticarətini dayandırdı.

Qazın qiyməti son 24 saat ərzində xeyli azalsa da, enerji baxımından neftin qiymətindən yüksək olaraq qalır. Argus qiymətləndirmə agentliyinin hesablamalarına görə, 7 il ərzində ilk dəfə olaraq bu ilin iyul ayında qaz ənənəvi yanacaqlar arasında ən bahalı olub. Sonuncu dəfə bu hadisə 2014 -cü ilin çox soyuq qışında baş verib.

Avropa hakimiyyəti panikaya düşüb - Brüsseldə fərqli variantlar təklif edirlər: yaşıl enerjiyə qoyulan investisiyaların daha da artmasından tutmuş elektrik enerjisi və istilik tariflərinin dondurulmasına qədər. Hətta, AES-lərin sayının artırılması da təklif olunur.

Rusiya Prezidenti Vladimir Putin 2021-ci ilin əvvəlindəki soyuq qışı və Aİ səlahiyyətlilərinin səhvlərini Avropa enerji böhranının əsas səbəbləri adlandırıb. Avropada qaz ehtiyatlarının olmaması fonunda "yaşıl" enerji bu il iqlim (küləkli, günəşli günlər daha az olub) səbəbiylə istehsalını azaldıb.

Bundan əlavə, Aİ bürokratları birja ticarətini inkişaf etdirdilər- spot bazar, uzunmüddətli müqavilələrə zərər verən qısamüddətli müqavilələr. Birja Aİ istehlakçılarının sürətlə artan tələbatını aşağı qiymətə ödəyə bilmədi. Birja vasitəsilə daha çox qazanmaq istəyi Avropanı çox çətin vəziyyətə salıb.

Elçin

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...